Şəkil 5.7. Yaylı asqı
Şəkil 5.7. Yaylı asqı
Yay növləri bunlardır: yarpaq yay, helisel yay, burulma çubuqlu yay, pnevmatik (hava yastıqlı) yay,
hidro pnevmatik yay.
Yarpaq yaylar (Purjun)-əsasən yük maşını və köhnə tip avtomobillərdə istifadə edilir. Yay polad
çıxarılan bu yarpaqlar üst-üstə qoyularaq qandallarla sabit durmaları təmin edirlər. Boyları bir-birindən
fərqli, yarpaqların üst-üstə düzülməsiylə qurulan bu sistem ümumiyyətlə ağır yük maşınlarında istifadə
edilir. Hissələrin hamısı mərkəz blotu ilə bir-birinə bağlanır. Əsas yarpağın hər iki ucu qıvrılaraq ön ox
və asqı sistemlərinə bağlanır. Yaylanma əsnasında yay yarpaqları bir-biri üzərində sürtünərək sürüşmə
edirlər, sürtünmənin ən aza endirilməsi yarpaqların ömrünü uzadır. İndiki vaxtda artıq az qala heç
istifadə edilməyən bu sistem, ən səmərəsiz asqı sistemlərindən biridir.
Helisel yaylar - minik avtomobillərinin və sərnişin avtobusların asqı sistemlərində istifadə edilər.
Yumru kəsikli yay poladla hazırlanmış çubuqların isidildikdən sonra qəliblər üzərinə tökülməsiylə
formalaşdırılır. Bu yaylar, ön asqı sistemində alt və üst yelləncəklər arasına bağlıdır. Helisel yaylar
qırıldığı və ya elastikliyini itirdiyi zaman yeniləriylə dəyişdirilir.
Burulma çubuqlu yaylar - bir və ya birdən çox uzun polad çubuqlardan meydana gəlir. Burulmaya
qarşı müqavimətli çubuqların bir ucu kvadrat şəklində hazırlanaraq avtomobilin asqı blokuna
dönməyəcək şəkildə quraşdırılır. Digər ucu isə asqı sisteminin uclarından birinə bağlanır, yolda təkərin
hərəkətlərini yumşaldıb elastikliyı təmin edir. Lakin çox uzun ömürlü olmurlar və ani və sərt
Dostları ilə paylaş: |