Tibb bacısının işi və müalicə işi üzrə ” Diş və ağız boşluğu
xəstəlikləri” fənni
1. Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo-
fizioloji xüsusiyyətləri haqqında qısa məlumat.
AĞIZ BOŞLUĞU ORQAN VƏ TOXUMALARININ QURULUŞ VƏ
FUNKSİYALARI
• Ağız boşluğu {cavitas oris} - həzm sisteminin başlanğıc yolu olmaqla, ön və yan
tərəflərdən dodaq və yanaqlarla, yuxarı tərəfdən sərt və yumşaq damaqlarla, aşağı
tərəfdən isə ağız dibi ilə sərhədlənir.
Ağız boşluğu 2 şöbədən ibarətdir: Ön şöbə - ağız dəhlizi {vestibulum oris} və arxa
şöbə - xüsusi ağız boşluğu {cavitas oris propria}.