Xoralı qlossit. Əksər hallarda xoralı nekrotik stomatitin əlaməti kimi təzahür edir.
Orqanizmdə ümumi- bioloji müqavimətin pozulması nəticəsində fuzospiroxetlər
infeksiyanın yaranmasına səbəb olur. Dilin üzəri boz ərplə örtülür, onu qaşıyandan
sonra qanlı eroziya və xoralar olur. Ağızda hipersalivasiya və xoşagəlməyən qoxu hiss
edilir. Dilin belə vəziyyəti somatik patologiyada kəskin və xroniki infeksiya zamanı,
hətta onkoloji patologiyalarda da təzahür edir. Diferensial diaqnostikası qırmızı yastı
dəmrovla, sifilislə və vərəm xorası ilə aparılır.