Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə101/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   97   98   99   100   101   102   103   104   ...   162
Elektron diw

Halvanik stomatitlər. Uzun müddət halvanik cərəyanların (150mV) təsiri nəticəsində 
əmələ  gələn  patologiyadır.  Kliniki  olaraq  hiperkeratoz  prosesi  inkişaf  edir  və 
leykoplakiyanı xatırladır, qırmızı yastı dəmrovun papulalarına bənzəyir. Dilin üzərində 
selikli qişa al qırmızı rəngdə olur və buynuzlaşmış ağ epitellə örtülür. Uzun müddət 
belə sağalmayan eroziya, çatlar, ağrı və yanğı hissiyatı ilə xarakterizə olunur.  
Dilin  absesi.  Dilin  travması  nəticəsində,  kəskin  qlossitlər  zamanı  təzahür  edir.  Ağız 
boşluğu dibinin ödemi, regionar limfadenit və temperaturun qalxması kimi əlamətlər 
diferensial diaqnostikada böyük əhəmiyyətə malikdir.  
Abses dilin arxa səthində yerləşdikdə ola bilər ki, bir neçə gün ərzində proses fəsadsız 
keçsin və funksional pozğunluqlar yaranmasın. Selikaltı qatda abses məhdudlaşmış və 
çox ağrılı olur. Lakin dilin daxilində olan proses, ağır fəsadlarla xarakterizə olunur: dil 
şişir,  ağıza  yerləşmir,  çeynəmə  və  tənəffüs  çətinləşir,  səs  telləri  ödemləşir.  Belə 
vəziyyətdə  cərrahi  müdaxilə  mütləqdir,  yəni  traxeostomiya  olunmalıdır.  Proses 
flqmonaya  keçsə  kəskin  iltihab  çənəaltına  və  boyun  nahiyəsinə  yayılır.  Difrensial 
diaqnoz bədxassəli aparılır.  



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin