Deskvamativ qlossit- dilin arxa hissəsi selikli qişasının iltihabı xəstəliyidir. Bu
patologiyaya ümumiyyətlə orqanizmin sistem pozğunluqlarında: mədə-bağırsaq
traktının, qaraciyərin, öd kisəsinin, qanyaradıcı, neyroendokrin sisteminin mübadilə
proseslərinin pozulmasında rast gəlinir. Bundan başqa, B
1
, B
3
hipovitaminozlar,
halvanizm zamanı göbələk infeksiyası bu vəziyyətə qoşularaq xəstəliyin gedişatını
ağırlaşdırır. Eyni zamanda qlossit, qlossalgiya, ABSQ və dilin paresteziyası fonunda ola
bilər. Deskvamativ qlossit disbakteriozun əlaməti kimi, kandidozun eritematoz
forması kimi təzahür edir. Dərmanların toksiki və allergik reaksiyaları dilin dorsal
sahəsində iltihabla müşahidə olunur. Bundan əlavə, dildə olan hər hansı bir travma,
qida qəbulunda, dişlərin iti kənarları ilə zədələnməsi, termiki qıcıqlandırıcıların təsiri
və s. deskvamativ qlossitlə xarakterizə olunur. Deskvamativ glossit bəzi infeksion
xəstəliklərin (qrip, skarlatina və s.) təzahürü də ola bilər. Bəzi müəlliflərə görə,
kollagenoz xəstəliklərində deskvamativ qlossit rast gəlinir.
Dostları ilə paylaş: |