Ocaqlı marginal periodontit yerli amillərin: plomb çıxıntısının sallaq kənarının, qida
qalıqlarının diş əti məməciklərini zədələməsi, dişlərin patologiyası, qapağın
kənarlarının parodont toxumalarını zədələməsi nəticəsində inkişaf edir.
Diffuz marginal periodontitiltihabi prosesin diş ətindən alt qatlara yayılması
nəticəsində inkişafa başlayır. Bu zaman yerli amil (diş yastıcığındakı müxtəlif
mikroflora) ilə yanaşı, parodontun sədd funksiyasının və orqanizmin immunoloji
reaktivliyinin pozulması da mühüm rol oynayır.
periodontitdə pozğunluqların dərinliyindən asılı olaraq başlanğıc və inkişaf edən
mərhələləri ayırd edirlər.
Marginal periodontitin başlanğıc mərhələsi diş əti kənarı selikli qişasının iltihabından
əlavə, həm də patoloji diş əti cibinin (5 mm qədər) varlığı və sümük toxumasında
dəyişikliklərləə xarakterizə olunur. Bu vaxt xəstələr diş ətindən cuzi qan gəlməsindən,
pis hislərdən (gicişmə, çənələri sıxmaq arzusu və s.), sürətlədi. Ərpi və daşının əmələ
gəlməsindən şikayətlənirlər. Bu pis hislər sabit olmur – onlar güclənir və ya zəifləyir.
Müayinə zamanı dişarası məməciklərin və diş ətinin yapışmayan hissəsinin
hiperemiyası, bəzən göyərmə müşahidə olunur. Patoloji diş əti ciblərinin dərinliyini
müəyyən edərkən qan gəlir. Əksər hallarda diş əti üstündə yumşaq ərp və daş halında
çöküntü olur.
Marginal periodontitin inkişaf etmiş mərhələsində yuxarıda göstərilən dəyişikliklər
daha aydın görünür. Xəstələr həmişə ağrıdan, qan gəlməsindən, ağızdan pis iy
gəlməsindən şikayətlənirlər. Xəstəlik uzun sürdükdə dişlər hərəki olur, yerini dəyişir,
diş çöküntülərinin miqdarı çoxalır, parodontal abses baş verir. Diş boynunun
çılpaqlaşması nəticəsində sərt toxumaların hipertenziyası və pazabənzər qüsurları ola
bilir.
Paradontitdə sümük toxumasında osteoporoz və rezorbsiya prosesləri gedir. Üç
dərəcəsi var. Yüngül dərəcədə 3-4 mm dərinlikdə patoloji diş əti cibləri müşahidə
olunur. Alveolarası çəpərin rezorbsiyası alveolun 1/3 səviyyəsində olur. Orta dərəcədə
ciblərin dərinliyi 5-7 mm, rezorbsiya isə 1/2 səviyyədə olur. Ağır dərəcədə ciblərin
dərinliyi isə 7 mm-dən çox, rezorbsiya isə 2/3 səviyyədə olur. Orta dərəcəli
paradontitdə dişlərin laxlaması I
0
-II
0
dərəcədə, ağır formada isə II
0
-III
0
dərəcədə olur.
Diş əti altı diş daşlarının xaric edilməsi küretaj zamanı aparılır. Diş əti cibinin dərinliyi
4 mm olarsa küretaj göstərişdir. Yüngül dərəcəli kataral gingivitdə diş ətinin məməcikli
(papilyar) hissəsi, orta dərəcəli gingivitdə isə kənarı (marginal) hissə iltihablaşır.
Paradontoz. İndiyədək paradontozun geniş yayılması səbəbi haqqında vahid fikir
yoxdur. Bir sıra müəlliflərin fikrincə bütün parodont zədələnmələrinin az faizini
paradontoz təşkil edir. Bununla yanaşı onun daha geniş yayılması fikir mövcuddur.
Əgər iltihab komponentinin, demek olar ki, həmişə distrofiyaya qoşulduğunu nəzərə
alsaq, görünür ki, bunu düzgün hesab etmək lazımdır.
Paradontozun distrofik forması ləng gedişi ilə xarakterizə olunur, proses uzun müddət
sabitləşə də bilir. İnkişafına görə başlanğıc mərhələsi, I,II,III dərəcələri olur.
Dostları ilə paylaş: