Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Üz-çənə nahiyəsinin odontogen iltihabı xəstəlikləri: periostit



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə114/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   110   111   112   113   114   115   116   117   ...   162
Elektron diw

 
10. Üz-çənə nahiyəsinin odontogen iltihabı xəstəlikləri: periostit, 
abses, fleqmona,osteomielit. 
 
Üz-çənə və boyun nahiyəsinin iltihabi xəstəlikləri 
Kliniki-morfoloji olaraq üz-çənə nahiyəsinin iltihabı xəstəliklərinin təsnifatı belə təklif 
edilir: Odontogen mənşəli, qeyri odontogen və spesifik infeksiya mənşəli.  
Odontogen mənşəli: periodontit, periostit, osteomielit, abses, fleqmona, limfadenit, 
odontogen haymorit.  
Qeyri-  odontogen  mənşəli:  abses,  fleqmona,  limfadenit,  hematogen  osteomielit, 
sialoadenit, gicgah-çənə oynağının iltihabı, furunkul, karbunkul. Spesifik infeksiya və 
parazitar  mənşəli:  aktinomikoz,  vərəm,  siflis,  qızıl  yel,  qara  yara,  noma,  qazanılmış 
immundefisit sindromu (QİDS).  
Odontogen  dərialtı  qranuloma  bilavasitə  səbəbkar  dişlə  bağlı  olaraq  sifətin  hər  bir 
nahiyəsində baş verə bilər. Xəstənin xəstəliyin başlandığı vaxtdan həkimə müraciəti 1-
2 aydan 4-5 aya qədər müddəti əhatə edir.  


Kliniki  –  dəridə  yaranmış  qranuloma  məhdud  formada,  dəqiq  sərhədlərlə  təsvir 
olunur,  dəri  bəzən  rəngini  qranulomanın  üstündə  dəyişmir,  çox  hallarda  dəri 
nazikləşir, göyümsov rəng alır, palpasiya zamanı bir halda sərt konsistensiyalı, digər 
halda  absesləşmiş  olur,  flyuktuasiya  müşahidə  olunur.  Qranulomanı  səbəbkar  dişlə 
fistul yolu əlaqələndirir.  
Müalicə.  səbəbkar  diş  çəkilir,  yuva  qaşınıb  təmizlənir.  Zədələnmiş  dəri  kəsilib 
götürülür qranulyasiya və fistul qaşınıb təmizlənir, dəriyə kosmetik tikiş qoyulur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin