Dişlərin çixarilmasi texnikasi Dişin çəkilməsinə göstəriş təsdiq olunduqdan sonra xəstəni cərrahi əməliyyata
hazırlamaq, ağrısızlaşdırma üsulu, dişi çəkmək üçün alətin seçilməsi məsələlərini həll
etmək qarşıda durur. Çəkiləsi dişin tacının nə dərəcədə dağılmasına, hərəkətliyinə,
rentgenoqrafiyada kökünün və onu əhatə edən sümük toxumasının quruluşuna
diqqət yetirmək lazımdır. Əməliyyatın gedişatını xəstəyə başa salmaq, onun nə hiss
edəcəyini demək lazımdır. Bu hallarda xəstələr özlərini rahat aparırlar. Qeyri-sabit
sinir sistemli şəxslərdə sedativ hazırlıq trankvilizator, sedativ maddələr təyin etməklə
aparmaq lazımdır.