Üz skeleti sümüklərinin zədələnmələri Sülh dövründə üz skeleti sümüklərinin sınıqları çox baş verirlər. Bunun da səbəbi ən
çox məişət travması və nəqliyyat qəzasıdır. Üz-çənə cərrahiyyəsi klinikasında müalicə
olunan xəstələrin 25-30% -i sifət sümüklərinin sınıqları ilə olanlar təşkil edirləe.
Üz skeleti sümüklərinin arasında ən çox çənənin sınıqları müşahidə olunur. bu da
onunla izah olunur ki, çənə irəli çıxır və hərəkətlidir, sonra almacıq sümüyünün və
onun qövsünün, burun sümüklərinin və əng sümüyünün sınıqları gözlənilir. Axır
zamanlar nəqliyyat qəzaları xeyli çoxalıb və onun nəticəsində ağır travma növləri,
çoxsaylı sınıqlar müşahidə olunur.