Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə137/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   133   134   135   136   137   138   139   140   ...   162
Elektron diw

Sığallı şina çənənin yerini dəyişməmiş sınığı zamanı tətbiq olunur. Sınıq xəttinin hər 
iki tərəfindən möhkəm dişlər olmalıdır. Bu şinanı düzətmək üçün 2 mm qalınlığında 
alüminium məftil  istifadə  edilir.  Krampon  kəlbətinin  köməyi  ilə  diş  qövsü  üzrə  şina 
əyilir və nazik gümüş alüminium məftillə (0,5 mm diametrində) dişlərarası bir ucu ilə 
şinanın  üstündən,  digər  ucu  ilə  şinanın  altından  keçilərək,  hər  iki  ucları  vestibulyar 
tərəfdə bağlanılır.  
Şinaları  dişlərə  liqatura  ilə  bərkidəndə  sınıq  xətti  yanında  olan  dişlər  liqaturaya 
alınmalıdır.  
Sınıq xəttində yerləşən diş əgər fraqmentlərin fiksə edilməsində müvəqqəti olaraq rol 
oynamırsa  o  çəkilməlidir.  Bəzən  belə  olur  ki,  sınıq  xətti  çənədə  48□,  47□  dişlər 
arasından  keçsin  bu  halda  48□  diş  üstündə  olan  kiçik  sümük  fraqmenti  əzələlərin 
dartılma səbəbi ilə yuxarı yerini dəyişir və o diş qarşıda duran antaqonist dişə dəyərk 
sümük  payını  o  cür  saxlayır.  Belə  vəziyyətdə  48□  dişin  kökü  sınıq  xəttində  olarsa 
müvəqqəti  saxlanılır,  çənəyə  qarmaqlı  şina  qoyulur,  aşağı  yerini  dəyişmiş  böyük 
fraqment rezin həlqələrlə dartılaraq normal dişləm səviyyəsinə qaldırılır. İki həftədən 
sonra artıq fibroz döyənək yaranan vaxtı rezin həlqələr götürülür, sınıq xəttində olan 
diş ehtiyatla çıxarılır, yuvaya tikiş qoyulur, yenidən rezin həlqələrə çənələr bir-birinə 
fiksə edilir.  
Oynaq  çıxıntısının  yerinidəyişmiş  sınığını  bu  üsulla  fiksə  edərkən  çənənin  başqa 
nahiyəsində sınıq olmazsa əlavə dişüstü, diş-dişətiüstü şinanı qoymağa ehtiyac olmur. 


Bu da məlumdur  ki, ağız  boşluğuna qulluq  üçün, qidanın  qəbulunda xəstə  üçün  nə 
qədər rahatdır.  
Çənənin bir tərəfli sınığı zamanı fraqmentlərin şina ilə fiksasiyası iki həftə, iki tərəfli 
sınıq zamanı isə bir ay müddətinə qədərdir. Sümüyün ilk birləşmə əlaməti rentgenoloji 
müayinədə  35-45  gündən  başlayaraq  müşahidə  edilir.  Üz-çənə  yaralanmalarında 
qanaxmanı müvəqqəti saxlamaq üçün əsas damara turna qoyulur. Daimi saxlanması 
üçün isə damarlara tikiş qoyulur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin