Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Şişlərin etiologiyası və patogenezi



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə150/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   146   147   148   149   150   151   152   153   ...   162
Elektron diw

Şişlərin etiologiyası və patogenezi  
Şişlərin  əmələ  gəlməsinə  bir  çox  amillər  hüceyrənin  genetik  aparatında  bərpa 
olunmayan dəyişikliklər yaradırlar və nəticədə zədələnmiş hüceyrədə nəzarət altından 
çıxan bölünmə baş verir. Bu cür dəyişiklikləri müxtəlif kimyəvi, fiziki və vasitəli təsir 
yarada bilərlər.  
Kimyəvi  kanserogen  maddələr  təbiətdə  çox  yayılmışdır.  Bunlara  polisiklik  aromatik 
karbohidratlar,  aminazobirləşmələri,  nitrozaminlər  aiddirlər.  Kimyəvi  kanserogenlər 
insan  orqanizmindəmaddələr  mübadiləsi  zamanı  endogen  şəkildə  yarana  bilərlər 
(tirozinin metabolitləri).  
Fiziki  kanserogenlər  birbaşa  DNK-ya  zədələyici  təsir  göstərərək  sərbəst  radikal 
proseslərini  fəallaşdırıb  genetik  aparatın  zədələnməsinə  səbəb  ola  bilərlər.  Fiziki 
faktorlara ionlaşma, ultrabənövşəyi şüalanma, müəyyən dərəcədə yüksək dərəcədə 
yüksək  temperatur,  yüksək  gərginlikli  ultrasəs,  qalvanik  cərəyanlar  aiiddirlər.  Digər 
mexaniki kanserogen amillər xroniki travma, uzun müddət toxumanın sıxılması aiddir.  
Bioloji kanserogenlər ilk növbədə onkogen viruslardır. Onların tərkibində bilavasitə şiş 
törədən  gen  (onkogen)  olur,  ya  da  orqanizmdə  müvafiq  genləri  fəallaşdırır.  Lakin 
virusun hüceyrəyə daxil olması ilə mütləq şişin əmələ gəlməsini demək olmaz, çünki 
hər hüceyrədə onkogen viruslara qarşı tənzimedici supressor genlər vardır. Şiş o vaxt 
baş  verə  bilər  ki,  başqa  kanserogenlərin  (fiziki,  kimyəvi)  təsiri  altında  mutasiya  baş 
versin.  


Berkit limfoması, T-hüceyrəli limfoma, papilloma virus təbiətli törəmələrdir. Herpes, 
HBV-virus  və  bir  sıra  adenoviruslar  bir  qrup  epitelial  şişlərin  əmələ  gəlməsində  rol 
oynayırlar.  
Şişlərin inkişafında bir çox ekzogen və endogen faktorlar ayırd olunurlar. Onların bir 
qismi bilavasitə mutagen təsirə (kanserogenlər) malikdirlər, başqaları kanserogenlərin 
təsirini  gücləndirir,  ya  orqanizmin  şişə  qarşı  rezistentlik  mexanizmini  zəiflədirlər. 
Bunlarla yanaşı şişlərin baş verməsində irsi meyillik, ətraf mühitin dəyişməsi, zərərli 
adətlər, immun sistemin, sağlamlığın vəziyyəti, qida rasionu və s. rol oynayırlar.  
Ekzogen  faktorlara  aiddirlər:  səmərəsiz  qidalanma,  tənbəki  çəkmək,  yüksək 
insolyasiya, sənayə kanserogenlərin təsiri, virus infeksiyası, spirtli içkilərin mütəmadi 
istifadəsi və s.  
Endogen amillərə aiddirlər: birincili ya ikincili immundefisit, irsi meyillik, antioksidant 
sisteminin zəifləməsi, stress və s.  
Elmi, texniki tərəqqi eyni zamanda kanserogenlərin artmasına səbəb oldu, hansılar ki, 
insan orqanizmi rastlaşır. Kanserogenlər işlənmiş qazın, istehsalat tullantılarının, üzvü 
və  mineral  kübrələrin,  pestisidlərin,  əlavə  qida  və  konservantların,  məişət  kimya 
məhsullarının tərkibində olurlar.  
Ağız  boşluğunda  şişlərin  baş  verməsində  tütün  çəkmək  xeyli  rol  oynayır.  Tənbəki 
tüstüsü  tərkibində  olan  kanserogenlər  və  qatran  (benzpiren,  antasen,  piren, 
nitrozaminlər)  temiki  təsirlə  birgə  ağız  boşluğu  selikli  qişasına  təsir  edərək,  bir  sıra 
hiperplastik  proseslər  və  törəmələr  yaradırlar.  Alt  dodağın  xərçənginin  əmələ 
gəlməsində əksər hallarda tənbəki çəkmənin təsiri sübut olunub.  
Şişlərin  baş  verməsində  qidalanma  müəyyən  dərəcədə  aydın  surətdə  risk  yaradır. 
Rasion  qidalanmada  çoxlu  miqdarda  hisə  verilmiş  və  konservasiya  olunmuş  qida 
məhsulları kəskin, duzlu, yağlı, çox isti yeməklər, çoxlu miqdarda spirtli içkilərin qəbul 
edilməsi kanserogenezə imkan yaradırlar. Alkoqol ağız boşluğu selikli qişasında təbii 
kanserogenlər  üçün  difuzetmə  qabiliyyətini  yüksəldir.  Böyük  dozada  alkoqol 
antioksidant sistemini zəiflədir, immunsupressiv təsir göstərir.  
İnsan orqanizmi  həyat  fəaliyyətində  kanserogenlə  əlaqədə  olmaqdan  kənar  qalmır. 
Buna  baxmayaraq,  hər  vaxt  şiş  törəməsi  inkişaf  etmir.  Bunun  da  səbəbi  immun 
sisteminin  həlledici  rol  oynamışdır.  İmmun  sistemin  zəifləməsi  orqanizmin 
kanserogenlərin təsirinə daha həssas olmasına səbəb olur. Birincili və ikincili immun 
çatmamazlığı şişin inkişafına gətirib çıxardır. Şişlərin inkişafı ilə bağlı çoxsaylı ekzogen 
amillər  bilavasitə  kanserogen  hesab  edilmirlər,  lakin  dolayı  təsirlə  immun, 
antioksidant sistemini zəiflədirlər.  
Sərbəst radikal oksidləşmə xromosomların zəifləməsinin universal mexanizmi hesab 
edilir.  Bir  çox  kanserogenlər  öz  təsirlərini  bu  mexanizmi  fəallaşdırmaqla  həyata 
keçirirlər.  
Bir sıra irsi sindromlar və xəstəliklər (Reklunqauzen xəstəliyi, piqmentli kseroderma, 
Qardner  sindromu,  Maffurçi  sindromu  və  s.)  şişlərin  inkişafında  genetik  meyilliyin 
olmasını  təsdiqləyirlər.  Bu  xəstəliklərin  baş  verməsi  orqanizmin  şişə  qarşı  rezistent 
mexanizmin pozulması genetik defektlə əsaslandırılır.  


Üz-çənə  nahiyəsinin  şişləri  və  şişəbənzər  törəmələri  kliniki  gedişatına,  morfoloji 
quruluşuna və histogenezinə görə çox müxtəlif çeşidlidir. Bunların içində bir sıra şişlər 
var ki, onlar bədənin başqa nahiyələrində də rast gəlirlər. Elə törəmələr də vardır ki, 
onlar  ciddi,  spesifik  olaraq  yalnız  üz  nahiyəsində  müşahidə  olunurlar.  Bu  baş  və 
boyunun mürəkkəb anatomik quruluşu və histoarxitektonikası ilə xarakterizə olunur. 
Burada  üç  embrional  reşeym  təbəqə  törəməsi-müxtəlif  növlü  toxumalar  təsvir 
olunurlar,  hansılar  ki,  şişin  inkişaf  mənbəyi  ola  bilərlər.  Bunlardan  əlavə,  üz-çənə 
nahiyəsi ekzogen mənşəli kanserogenlərin təsirinə çox məruz qalır və ona görə də bu 
nahiyədə onkoloji xəstəliklərin rast gəlməsi yüksəkdir.  
Üzün, boyunun küllü miqdarda cürbəcür şişlərinin və şişəbənzər törəmələrinin dəqiq 
təsnifatını vermək və sistemə salmaq çox qəlizdir . böyük miqdarda təsnifatlar təklif 
olunubdur, amma bu gün şişlərin yeganə təsnifatı yoxdur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin