Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə18/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   14   15   16   17   18   19   20   21   ...   162
Elektron diw

Dişlərin əlamətləri. Diş qövslərinin sağ və sol hissəsində eyniadlı dişləri bir– birindən 
anatomik xüsusiyyətlərinə görə ayırd etmək üçün aşağıdakı fərq əlamətləri 
mövcuddur.  
1. Diş tacının əyrilik əlaməti. Vestibulyar səthin (dodaq, yanaq səthlərinin) daha çox 
qabarıq hissəsi medial səthə daha yaxın yerləşir.  
2. Diş tacının bucaq əlaməti. Kəsici və köpək dişlərinin medial səthi və kəsici 
kənarının əmələ gətirdiyi bucaq, kəsici kənarın lateral səthlə yaratdığı bucaqdan 
daha iti olur. Azı dişlərdə də ön kontakt səthlə 
 
çeynəmə səth arasında yaranan bucaq, çeynəmə səthi ilə dal kontakt səthin əmələ 
gətirdiyi bucaqdan iti olur.  
3. Dişin kök əlaməti. Dişlərin kökləri diş tacından çəkilmiş boylama oxdan arxaya
daha dəqiq isə ön dişlərdə arxa-yana və azı dişlərdə isə arxa tərəfə meyilli olur.  
Dişlərin anomaliyaları sayca, vəziyyətcə, çıxma müddətinə görə, ölçücə, rəng və 
formaca ola bilər.  
Dişlərin çıxma dövrləri:  
Süd dişləri 1) mərkəzi kəsicilər – 6-8 ay; 2)Yankəsicilər 8-12 ay; 3) Köpək– 16-22 ay; 
4) I molyar – 12-16 ay; 5) II molyar – 22-30 ay.  
Süd dişləri rum rəqəmləri ilə, I, II, III, IV, V qeyd olunur.  
Daimi dişlər 1) mərkəzi kəsici – 6-8 yaş; 2)Yankəsicilər 7-9 yaş; Köpək– 9-12 yaş; 4) 1-
ci kiçik azı (1-ci premolyar) – 8-10 yaş; 5) 2-ci kiçik azı (2-ci premolyar) yaş; 4) 1-ci 
kiçik azı (1-ci premolyar) – 8-10 yaş; 5) 2-ci kiçik azı (2-ci premolyar) – 11-12 yaş; 6) 
1-ci böyük azı (1-cimolyar) – 5-6 yaş; 7) 2-ci böyük azı (2-ci molyar) – 12-13 yaş; 8) 3-
cü böyük azı (3-cümolyar və ya ağıl dişi) – 18-25 yaş.  
1,2,3 – dişlər hər 2 çənədə 1 kök 1 kanallıdır.  
4,5 – dişlər aşağı çənədə 1 kök 1 kanallıdır, 4-cü diş yuxarı çənədə 2 kök, 2 kanallı,  
5-ci diş 1 kök, 1 kanallıdır. 6,7-dişlər aşağı çənədə 2 kök 3 kanallı, yuxarı çənədə 3 kök 
3 kanallıdır. 8-ci dişlər 1-dən çox kökü ola bilər.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin