Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


DAİMİ DİŞLƏRİN XÜSUSİ ANATOMİYASI



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə19/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   15   16   17   18   19   20   21   22   ...   162
Elektron diw

 
DAİMİ DİŞLƏRİN XÜSUSİ ANATOMİYASI  
 
 Kəsici dişlər (dentes incisivi). Kəsici dişlər hər çənədə 4 ədəd olmaq şərtilə cəmi 8 
ədəd olub, yuxarı və aşağı diş qövslərinin ortasında yerləşir. Bunların 4-ü (hər çənədə 
2 olmaqla) mərkəzi (medial) kəsicilər, qalan 4-ü isə (eynilə hər çənədə 2 olmaqla) 
yan (lateral) kəsici dişlərdir. Kəsici dişlərin hər birinin bir kökü vardır. Mərkəzi 


kəsicilərin tacları yan kəsicilərin taclarından böyük olur. Kəsici dişlərin funksiyası 
qidanı kəsməkdən ibarətdir.  
Yuxarı mərkəzi kəsici dişlər. Hər tərəfdə 1 ədəd olub, kəsici dişlərin ölçücə ən 
böyüyüdür. Yeni çıxanda kəsici kənarında tez yeyilib itən 3 qabarcığı olur. Dişin 
tacının vestibülyar səthi qabarıq, dil səthi isə çökək olduğundan qazıma baltasına 
 
oxşayır. Təmas səthləri azca qabarıq olub, üçbucağı xatırladır. Ümumiyyətlə, tacın 
forması kiçik əsası əng sümüyünə baxan trapesiyaya, başqa sözlə paza oxşayır. Oval 
formalı taclarada rast gəlinir.  
Açıq dişləm – ön dişlər bir-birinə çatmadığı üçün aralarında müəyyən məsafə qalır, 
dal dişlər isə qapanmada iştirak edirlər.  
Dərin dişləm – yuxarı və aşağı çənənin kəsici dişləri bir-birinə təmas etmirlər və alt 
dişlər üst dişlərin arxasında qismən görünürlər, bəzən isə tamammilə gizlənirlər.  
Çəp dişləm – yuxarı dişlərin bir hissəsi aşağı dişlərin önünə, digər hissəsi isə arxasına 
keçir.  
8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6 7 8  
8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6 7 8  
Bu formul Ərəb rəqəmləri ilə daimi dişlərin qısa yazılış sxemidir. Sxemdə horizontal 
xətt dişlərin alt və ya üst çənəyə mənsubiyyətini, şaquli xətt isə çənələrin sağ və ya 
sol tərəflərini göstərir. Bu sxem üzrə 1 rəqəmi – mərkəzi kəsici dişlərə, 2- yan kəsici 
dişlərə, 3- köpək dişlərinə, 4- birinci kiçik azı dişlərinə, 5- ikinci kiçik azı dişlərinə, 6 – 
birinci böyük azı dişlərinə, 7 – ikinci böyük azı dişlərinə və nəhayət 8 – üçüncü böyük 
azı dişlərinə uyğundur.  
Süd dişlərinin sxemi isə roma rəqəmləri ilə təsvir olunur:  
V IV III II I I II III IV V  
V IV III II I I II III IV V  
Hər hansı bir daimi dişin mövqeyi və hansı çənəyə mənsubiyyəti sxematik olaraq 
belə təsvir edilir:  
1 - üst çənənin birinci sağ kəsici dişi  
 
1 - üst çənənin birinci sol kəsici dişi  
1 -alt çənənin birinci sağ kəsici dişi 
 
1 - alt çənənin birinci sol kəsici dişi  
Süd dişlərində də həmin qanunauyğunluq gözlənilir.  
Dişlərin formulunun yazılışının beynəlxalq standartlarda daha çox istifadə edilən 
formasını ÜST təklif etmişdir. Bu sxemdə dişlərin 1 ədədindən 8-ə qədər sıra 
nömrəsinin əvvəlinə onun yerləşdiyi kvadratın nömrəsi yazılır. Bu zaman daimi 
dişləm üçün kvadratların sayı 1 – dən 4- ə qədər, süd dişləri üçün isə 5- dən 8- ə 
qədər nömrələnir.  
1 – ci kvadrat 2 – ci kvadrat  
4 – ci kvadrat 3 – ci kvadrat  
5 – ci kvadrat 6 – c kvadrat  
8 – ci kvadrat 7 – ci kvadrat  


ÜST – nin qəbul etdiyi standartda daimi dişlərin tam formulu aşağıdakı kimi ifadə 
olunur.  
18 17 16 15 14 13 12 11 21 22 23 24 25 26 27 28  
48 47 46 45 44 43 42 41 31 32 33 34 35 36 37 38 
 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin