Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə22/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   18   19   20   21   22   23   24   25   ...   162
Elektron diw

 
STOMATOLOJİ KABİNETİN TƏCHİZATI  
 
Hər hansı stomatoloji müəssisə üzərinə düşən funksiyaları yerinə yetirmək üçün 
vacib olan avadanlıqlara, alətlərə, materiallara və dərman maddələrinə sahib 
olmalıdır. Stomatoloji kabinetdə aparıcı avadanlıq stomatoloji qurğudur.  
Stomatoloji qurğu stasionar, səyyar və köçürdülə bilən formalarda əhaliyə 
stomatoloji xidmət göstərmək üçündür. O, həkimin rahat işləyə bilməsi üçün xəstəyə 
istənilən poza vermək imkanına malikdir. Qurğunun əsas idarə olunması həkim üçün, 
bir sıra funksiyalarının idarə edilməsi isə köməkçi (assistent) üçün mümkündür. 
Universal stomatoloji qurğuda işiqlanma sistemi, hava və elektrik mikromotorları, 
həkim və köməkçi üçün öz oxu ətrafında firlana bilən oturacaqlar, xəstənin rahat 
oturması üçün stomatoloji kürsü olur.  
Qurğunun hava ilə təminatı mərkəzləşmiş və ya fərdi ola bilər. Kompressorların hər 
iki halda yağsız olmaları məsləhətdir. Yağsız kompressorlar daha ekoloji olduğundan, 
onlarstomatoloji praktikada standarta uyğun hesab edilirlər. Stomatoloqun əlinin 
altında diş daşı təmizləmək üçün ultrasəslə işləyən ucluq və ya skeyler, turbin və 
mikromotorlar üçün kiçik sürətli ucluqlar (düz və künclü) olmalıdır.  
Terapevtik kabinetdəhəmçinin diaqnostik cihazların olması vacivdir. Bunlar apeks-
lokator, kariyes-detektor, vital-testor, minanın rəngini testləşdirən 
qurğu,parodontun vəziyyətini diaqnozlaşdıran qurğu və s. dir. Bunlardan başqa 
müasir kabinetlərdə ağızdaxili (interoral) kamera və mikroskop olur. Bütün 
terapevtik kabinetlərdə fotopolimerizator, ultrasəslə diş daşını təmizləyən qurğu, 
hiperesteziyanı azaldan qurğu, depoforez, koaqulyasiya aparatları olmalıdır.  
Stomatoloji kabinetdə həkim masası, isti-soyuq su ilə təchiz edilmiş əl-üz yuyan, tibb 
bacısı üçün masa (alətlərin seçilməsi üçün),«steril» masa, mərkəzləşmiş sterilaziya 
yoxdursa, fərdi sterilizator və ya avtoklav olmalıdır.  
Terapevtik – stomatoloji alətlər vasitəsilə ağız boşluğunda müayinə və müalicə 
aməliyyatları aparılır. Terapevtik alətlər dəstinə əsasən stomatoloji güzgü, 
stomatoloji pinset, künclü zond, ekskavator, şpatel,ştopfer və hamarlayıcılar daxildir. 
Birinci 3-ü ümumi müayinə-müalicə təyinatlı alətlərdir.  
Sonrakılar isə müalicə -plomblamaq və restavrasiya təyinatlı olub, «Plomblama» 
yarımbaşlığında təsvir ediləcəkdir. Müalicə məqsədilə plomblama alətləri, 
plombqoyma əməliyyatından istifadə olunan matritsalar, şüşə lövhəciklər, o 
cümlədən bərkimiş plombun dişə uyğunlaşdırılması üçün istifadə olunan karborund 


daşlar, finirlər, polirlər,rezin dairələr, kağız və silikon disklər və s. Materiallar 
haqqında məlumatlar da daha geniş həmin bəhsdən təsvir ediləcəkdir.  
 Endodontik və parodontoloji alətlər haqqında da məlumatlar eyni adlı fəsillərdə 
işiqlandırılacaqdır. Ümumiyyətlə, terapevtik praktikada istifadə edilən digər material 
və dərman maddələri haqqında məlumatlar yeri gəldikcə müxtəlif bəhslərdə 
veriləcəkdir.  
Stomatoloji güzgü metal dəstəkdən vədəstəkdən açıla bilən güzgü hissəsindən 
ibarətdir. Ağız boşluğunun vizual müayinəsini asanlaşdırmaq üçün işığın toplamilə 
istiqamətlənməsi, müayinə və müalicənin rahat aparılmasına şərait yaratmaq üçün 
və digər əməliyatları (yanağın, dilin kənara çəkilməsi və s.) yerinə yetirir. İki növü 
olur: təsviri böyüdən çökək güzgü və təsviri olduğu kimi göstərəm yastı güzgü.  
Bu güzgülərdən başqa, köklərin rezeksiyasından sonra retroqrad plomblamalar üçün 
retro güzgülərdən də praktikada isifadə edilir.  
Trapevtik stomatoloji alətlərə güzgü, pinset, zonddan başqa plomblama alətləridə 
aiddir:  
1. Hamarlayıcılar: 1 tərəfli, 2 tərəfl, stopferlə birgə formaları var. Promb materialını 
boşluğa qoymaq üçün istifadə olunur.  
 2. Ekskavatorlar: Boşluqdan yumşaq və nekrozlaşmış dentini, diş daşlarını kənar 
etmək üçün istifadə olunur.  
3. Ştopferlər: Plomb materialını boşluqda sıxlaşdırmaq üçün istifadə olunur.  
4. Şpatellər:metallik və plasmas olur. Plomb materialını qarışdırmaq, müalicə 
pastaları hazırlamaq üçün istifadə olunur.  
 
Diş kökündə işləmək üçün pulpa ekstraktor (pulpanı xaric etmək üçün), kök iynələri, 
kanal doldurucu və s. Alətlərdən istifadə olunur  
Stomatoloji pinsetlə pambıq yastıqcıqlar qoyulur, kariyes, qeyri- kariyes boşluqlar, 
parodont və selikli qişa medikamentoz işlənir və dişlərin laxlama dərəcəsi müəyyəb 
edilir. Düz və künclü ola bilərlər. Amma stomatoloji terapevtik praktikada əksər 
hallarda künclü pinsetdən istifadə olunur.  
Stomatoloji zondlar künclü, düz, oraqşəkilli və parodontal təyinatlı ola bilərlər. 
Zondlar – kariyes və qeyri- kariyes boşluqlarının dərinliklərini, kök kanallarının 
girəcəyini, diş daşını ayırd etmək, patoloji diş əti ciblərinin dərinliyini ölçmək və 
selikli qişa patologiyalarında bəzi sınaqları yerinə yetirmək üçün istifadə edilirlər. 
Terapevtik gündəlik praktikada əsasən 
 
künclü zonddan istifadə olunur. Parodontal zondlardan isə həm klinikalarda, həm də 
elmi-tədqiqat işlərində geniş istifədə edilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin