təzyiqində 120
0
C –də 30 dəqiqə sterilizasiya olunur. Belə ki, bəzi viruslar 100
0
C – də
10 dəqiqə ərzində qoymağa davamlıdırlar.
İnfeksiya ilə əlaqədar olmayan alətlər 5 dəqiqə ərzində axan suda yuyulur bə ilıq
(50
0
C - ə qədər) antiseptik məhlulun faizindən asılı olaraq 30-60 dəqiqə saxlanılır.
Alətlər bu cür məhluldan çıxarıldıqdan sonra fırça ilə yuyulur, 5 dəqiqə ilıq suda, 1
dəqiqə distillə olunmuş suda yaxalanır. Sonra
avtoklav və ya quru hava
sterilizatoruna qoyulur. İrinlə və ya başqa möhtəviyyatla çirklənmiş
alətlər emal
qabda 0,1% dioksid məhlulda ya 5%-li lizokal məhluluna 30 dəqiqə yerləşdirilir.
Sonra bu məhlul fırça ilə yuyulur, axan suda yaxalanır və antiseptik məhlula qoyulur.
Əşyadan qanın tam çıxarılmasını yoxlamaq üçün benzidin sınağından istifadə olunur.
Əşyaya benzidin 1% məhlulundan 3 damcı və perekis tökülür, göy-yaşıl rəngin
görünməsi qan, irinin qalmasını göstərir və tələb edir ki, təkrar təmizlənsin.
İkinci mərhələ - alətlərin sterilizasiyaya hazırlanması və yerləşməsi.
Bilavasitə sterilizasiya (üçüncü mərhələ) quru isti şkafda – sterilizatorda aparılır.
Alətlər 30 dəqiqə ərzində (polkada) 85
0
C temperaturda şkafın qapısı açıq qurudulur,
sonra temperatur 180
0
C - ə çatdırılır və 1 saat ərzində avtomatik saxlanılır. Qızdırıcı
sistemi kəsdikdən sonra və temperatur 70-50
0
C - ə düşəndə sterilizatorun qapısi
açılır, steril alətlə metal qutunun qapağı bağlanır. 15-20 dəqiqə keçəndən və kamer
soyuduqdan sonra boşaldılır.
Avtoklavda alətlər 45 dəqiqə ərzində 121 və 134
0
C temperaturda 1,1 atm ya 20
dəqiqə 2 atm sterilizasiya olunur.
Kəsən alətlər 96% etil spirtdə 30 dəqiqə ərzində sterilizasiya edilir. Steril
alətlər
xüsusi otaqda saxlanılır. Sterillik biksdə 48 saat saxlanılır, əgər o açılmırsa və alətlər
xüsusi qaydada yerləşərsə, 3 sutkaya qədər saxlanılır.
Sarğı materialının və operasiya dəyişəyinin sterilizasiyası bu cür mərhələlərlə aparılır.
Sarğı materialına aiddir: salfet, cunadan olan kürələr, tampon, turunda, biks;
operasiya dəyişəyinə - xalat, mələfə, dəsmal, maska, şapka, baxil, qoruyucu eynək.
Antiseptika məqsədilə mexaniki, fiziki, kimyəvi və bioloji vasitələrdən istifadə olunur.
Dostları ilə paylaş: