Aseptika – cərrahi əməliyyat prosesində sterilliyi təmin edən kompleks tədbirdir.
Bunlara aiddirlər: alətlər stolunu hazırlamaq, operasiyaya hazırlıq dövründə xəstənin
və cərrahın, eləcədə operasiya zamanı alətləri verəndə sterilliyi təşkil etmək.
Alətlər masasının hazırlanmasını operasion tibb bacısı həyata keçirir. Adətən böyük
və hərəkətli kiçik stol hazırlanır. Onlar ikiqatlı steril mələfə ilə örtülürlər. Hər ikisində
alətlər və steril material qoyulur. Bu əməliyyat başlayana qədər həyata keçirilir. Əgər
operasiyanın başlaması gözlənilərsə, onda alətlər stolusteril salfetka ilə örtülür.
Cərrahın əməliyyata hazırlanması operasiyaönü (cərrahi geyim- köynək, şalvar,
şapka, maska, baxil və əllərin qəbul olunmuş üsulla işlənilməsi) və əməliyyat
otağında (əllərin axırıncı işlənilməsi və steril əlcəklərin geyinilməsi) yerinə yetirilir.
Əllərin əməliyyata hazırlığı dərinin mexaniki təmizlənməsi, dəridə olan mikrobların
məhv edilməsini nəzərdə tutur.
- Klassik (Alfeld Fyurbrinter, Spasokukosko-Koçerqin üsulları ilə);
- Tez bir zamanda əməliyyat aparmağa ehtiyac olduqda əlləri (səhra şəraitində) (10
dəqiqə ərzində 96
0
spirlə (Burun üsulu), 5%-li tanin məhlulu 80-96% spirtdə 2-5
dəqiqə ərzində (Zabludovski) – perfomurla (qarışqa turşusu və perekis qarışığı ilə)
1dq. Mexaniki işləyəndən sonra 1 dəqiqə ərzində bu məhlulla işləmək lazımdır.
Alfeld üsulu – kran altında ilıq su ilə 10 dəqiqə ərzində əllər yuyulur, aonra steril
dəsmalla qurudulur və 96% spirtlə 5 dəqiqə işlənilir. Dırnaqlar 5% yodla sürtülür.