Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə32/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   28   29   30   31   32   33   34   35   ...   162
Elektron diw

 
ÜMUMİ AĞRISIZLAŞDIRMALAR  
 
Ümumi anesteziya termini müasir dövrdə ümumi ağrisizlaşdirma (mərkəzi 
analgeziya) və huşun medikamentoz itirilməsi, patoloji neyrovegetativ reaksiyaların 
profilaktikası, əzələ relaksantlarının köməyi ilə cərrahların fəaliyyəti üçün optimal 
şəraitin yaradılması (mioplegiya) və süni tənəffüs hesabına ağciyərlərin adekvat 


ventilyasiyası vasitəsilə orqanizmdə hava – qaz mübadiləsinin təmin edilməsini 
özündə cəmləşdirir.  
Ümumi anesteziyanı bir çox üsullarla – maska, endotraxeal, eləcə də parenteral 
(venadaxili, əzələdaxili, rektal) aparmaq olar. Anesteziyanın əsas prinsipi – bütün 
cərrahi əməliyyatlar üçün adekvat keyləşdirmə yaratmaqdır, bununla bərabər üz – 
çənə cərrahiyyəsində ümumi anesteziyanın aparılmasının müəyyən xüsusiyyətləri 
vardır.  
Üz – çənə cərrahiyyəsində ümumi anesteziyalardan daha geniş istifadə olunanı 
endotraxeal üsuldur. Bu növ anesteziya tənəffüs yollarının yaxşı keçiriciliyini təmin 
edir, adekvat hava mübadiləsini həyata keçirir, tənəffüs 
 
yollarına yad cisimlərin, seliyin, qanın düşməsinin qabağını alır. Bu da sifət 
nahiyəsində, ağız boşluğunda, cərrahların işində çox vacibdir. Ümumi anesteziyanın 
başqa üsullarının istifadəsi üz – çənə nahiyəsində cərrahi əməliyyatların 
xüsusiyyətlərinə görə məhduddur, belə ki, qanla, ya mədə möhtəviyyatı ilə aspirasiya 
baş verə bilər.  
Endotraxeal üsulla ümumi anesteziya göstərişlər: ağız boşluğunda, burun – udlaq 
qanaxma ilə müşahidə olunan ağır və travmatik cərrahi əməliyyatlar, sinir sistemi 
emosional olan xəstələrdə, uşaqlarda və s. üz – çənə nahiyəsinin ağır patologiyası ilə 
xəstələrdə ümumi anesteziyanı aparan zaman hava mübadiləsi hər an pozula bilər, 
ən çox induksiya və intubasiya dövründə. Ona görə anesteziyanı aparan zaman baş 
verə biləcək çətinliklərin qarşısını almaq anestezioloqdan böyük məharət tələb edir. 
Operasiyaönü xəstəni müayinə etmək normal anesteziyanı aparmağa mane ola bilən 
patoloji dəyişiklikləri aşkar etməyə imkan verir. Xəstəni operasiyaya hazırlayan 
dövrdə ağız boşluğuna, udlağa baxmaq, ağızın nə dərəcədə açılmasına, başın, 
boyunun hərəkətinə fikir vermək lazımdır. Nəfəs borusunun əyriliyinə şübhə olarsa, 
rentgenoloji müayinə ilə onu yoxlamaq lazımdır.  
Anesteziyaya, operasiyaya dərmanlarla hazırlıq ümumi qəbul olunmuş qaydada 
aparılır və mütləq üç qrup dərmanların daxil olması şərti ilə: sedativ preparatlar, 
antihistamin dərmanlar, parasimpatolitik preparatlar.  
Premedikasiyanı təyin edən zaman nəzərə almaq lazımdır ki, üz – çənə nahiyəsi 
patologiyası ilə çox xəstələr emosional olduqları üçün onlara sedativ dərmanların 
dozası yüksək olmalıdır. Cərrahi əməliyyatönü stresi götürmək üçün müxtəlif 
kombinasiyalı yuxugətirici, trankvilizaorlar və sedativ preparatlar istifadə olunurlar: 
1) lyuminal 0,1-0,2, nitrazepam 0,005-1,01, trioksazin 0,3-0,5; 2) seduksen 0,005-
0,01, mezapam 0,01, meprabomat 0,2-0,4; 3) fenazepam 0,0005-0,001, pipolfen 
0,025.  
Ürək – qan damar sisteminə mənfi təsir göstərən vaqus reflekslərinin profilaktikası 
üçün və salivasiyanı azaltmaq məqsədilə premedikasiya tərkibinə atropin əlavə 
olunur. Əməliyyatdan 40-60 dəqiqə qabaq 1 mq atropin dərialtı vurulur. Operasiya 
stolunda anesteziyaönü atropin 0,1 mq 10 kq çəkiyə venadaxili yeridilir.  
Antihistamin dərmanlar (dimedrol, suprastin, tavegil və b.) adi dozalarda istifadə 
olunurlar. Anestezioloqların arsenalında ketamin oksiburat natri, viadril, fentanil, 
sombrevin və droperidol dərmanların olması xəstələrin anesteziyaya girməsini xeyli 


dərəcədə təhlükəsizləşdirirlər. Onlar narkotik yuxunun tez və sakit başlanması, 
həyəcanlanma mərhələsinin olmamasına şərait yaradır.  
Ümumi anesteziya qabağı maska ilə, ya narkoz aparatı ilə 5-7 dəqiqə təmiz oksigenlə 
ventilyasiya aparmaq lazımdır. Oksigenin verilməsi intubasiya məqamına qədər 
kəsilmir. Bu qayda intubasiya dövründə hipoksiyanın qarşısını alır (intubasiya dövrü 
xəstənin təhlükəsizliyini təmin etməyə imkan verir).  
Narkoza giriş qısa təsirli barbituratların (heksenal, topental natri) bilavasitə 
istifadəsindən qabaq hazırlanmış 1-2%-li məhlulu ilə aparılır. Məhlul venadaxilinə, 
huşun tam itməsinə, əzələlərin boşalmasına qədər yavaş və ardıcıl yeridilir. 
Barbituratların birdəfəlik dozası 200-dən 800 mq-ə qədərdir.  
Viadrilin bədən çəkisindən asılı olaraq 2-5% məhlulu istifadə olunur (15- 20mq/kq). 
Preparat venaya tez yeridilir, 5-7 dəqiqəyə yuxu başlayır. Xarici əlamətlərə görə adi 
yuxuya oxşayır, sakit, bərabər və dərin tənəffüs, normal hemodinamika müşahidə 
olunur. Mənfi cəhəti damar divarına qıcıqlandırıcı təsir göstərməsidir. Bunun 
qarşısını almaq üçün venanı yerli anestetiklə yumaq lazımdır.  
Natrium – oksibutirat 20% məhlul formasında, bədənin 1 kq çəkisinə 90-110 mq 
dozada işlədilir. Qıcolma sindromunun baş verməməsinə görə venadaxilinə çox 
yavaş yeridilir, 5-10 dəqiqə ərzində yuxu başlayır. Yuxunun dərin olması və davam 
etmə müddəti dozadan asılıdır.  
Ketamin anesteziyaya giriş üçün venadaxili 1 kq çəkiyə 2-3 mq, əzələdaxili 1 kq 
çəkiyə 6-7 mq istifadə olunur. Birinci halda 1 dəqiqədən, ikincidə 5-6 dəqiqədən 
sonra yuxu başlayır. Bu növ anesteziyanın xüsusiyyəti əzələ tonusu, udlaq və qırtlaq 
reflekslərinin saxlanmasından ibarərdir. Ketaminin ən üstün cəhəti odur ki, 
anesteziyaya giriş qabağı uşaqlara palatada əzələdaxili vurula bilər və yuxu 
başlayandan sonra xəstəni əməliyyat otağına vermək olar.  
Ümumi anesteziyada ketamin və fentanilinin birgə tətbiq edilməsi özünün üstün 
cəhətlərini göstərdi. Bir şprisdə fentanil 0,3-0,5 mq (6-10 ml) dozada və ketamin 
100-150 mq dozada venadaxili yeridilir. Bu birləşdirmə xəstə üçün tez, sakit yuxu 
gətirir, larinqoskopiya və intubasiya dövrü mənfi vaqus reaksiyasının qarşısını alır.  
Üz-çənə cərrahiyyəsində anesteziyaya giriş üçün inqalyasion anestetiklər arabir 
işlədilir. Ftorotan güclü anestetik olaraq böyük olmayan terapevtik təsirə malikdir və 
dozası asan artırıla bilər. Efir tənəffüs yollarının selikli qişasına qıcıqlandırıcı təsir 
göstərir, güclü həyəcanlanma və boğulma hissi yaradır. Bunlarla bağlı olaraq üz-çənə 
cərrahiyyəsində anesteziyaya giriş üçün qeyri-inqalyasion anestetiklərə üstünlük 
verilir.  
Üz-çənə nahiyəsi patologiyası olan xəstələrdə birmənalı bu və ya digər induksiya 
üsulunu və anesteziyanı saxlamağı təklif etmək olmaz. Hər bir halda patologiyanın 
xarakteri, müalicə idarəsinin imkanları və anestezioloqun təcrübəsi nəzərə 
alınmalıdır.  
Patoloji prosesin müxtəlifliyi, cərrahi əməliyyatların xarakteri, həcmi, nəfəs 
borusunun intubasiyasını müxtəlif üsullarla aparmağı tələb edir: 
 
- Düz larinqoskopiya nəzarətilə ağızdaxili;  
- Düz larinqoskopiya nəzarətilə burunla;  


- Burunla endoskop vasitəsilə;  
- Anesteziya ilə xəstə huşunda olmaqla burunla keçirici;  
- Traxeostom borusu qoymaqla.  
Ağızdaxili intubasiya cərrahın işinə mane olmadıqda, xəstələr ağızı geniş açdıqları 
halda həyata keçirilir. Cərrahi əməliyyatlar ağızdaxili icra edildikdə və çənəddə 
sümük plastikası aparıldıqda intubasiya burunla aparılır.  
Müəyyən patologiyalarda (məsələn, gicgah-çənə oynağının ankilozu) ağız 
açılmadıqda, burun keçəcəkləri kəskin daralmış olduqda, ya burun çəpərinin əyriliyi 
imkan vermədikdə intubasiya traxeostom qoymaqla aparılır.  
Neyroleptanalgeziya (NLA) – bu ümumianesteziya metodunu, güclü analgetik və 
neyroleptik təsirin birləşməsi əsasında, De Catro, mundeleer (1959) təklif etmişdir. 
Bu dərmanların istifadəsi neyrolepsiya və mərkəzi analgeziya vəziyyəti yaradır. Bu 
məqsədlə droperidol və fentanil istifadə olunur. Droperidol ampulada 0,25% 5 ml 
buraxılır. Venadaxili ya əzələdaxili yeridən zaman spesifik sindrom (tam hərəki və 
psixoloji sakitlik, huşun saxlanılması) yaradır. Fentanil – ampulada 0,005% məhlulu 2 
ml buraxılır, təsirinə görə morfindən üstündür.  
Neyroleptanalgeziyanı müxtəlif kombinasiyada aparmaq olar:  
- Neyroleptanalgeziyanın təmiz formada istifadəsi.  
- NLA üçün istifadə olunan dərmanlar yerli anesteziya ilə birgə işlədilir  
 
- Ağ ciyərlərin süni ventilyasiyası (ACSV) neyroleptanalgeziyanı aparmaq.  
İndiki dövrdə orqanizm funksiyasına optimal təsir nöqteyi-nəzərdən endotraxeal 
üsulla ACSV ilə neyroleptanalgeziyanın birgə istifadə olunmasıdır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin