Əng sümüyü qabarında arxa yuxarı alveol şaxələrinin keyləşdirilmə
(tuberal anesteziya). Bu keyləşdirməyə göstərişlər: böyük azi dişlərin çəkilməsi, kök
zirvəsinin rezeksiyası, amputasiya, replantasiya, sümükdə törəmələrin çıxarılması,
haymorotomiya və s. Tuberal anesteziyanı ağızdaxili və ağızdankənar aparmaq olar.
Ağızdaxili üsul: xəstənin ağzının yarımaçıq vəziyyətində stomatoloji güzgü ilə ya,
şpatel ilə, yanaq bayıra dartılır, almacıq alveol darağından arxaya inyeksion iynə 7-ci
və 6-cı diş arasında keçid pərdəsinə 45
0
bucaq altında yeridilir. İynə yuxarı, arxa,
daxilə 2,5sm dərinliyə yeridilir. İynə sümüyün üzəri ilə yeridilməlidir ki, burdakı
venoz kələf zədələnməsin. Əks halda hematoma yaranar. Bu üsulda iynənin daha
arxaya yeridilməsinə ehtiyac yoxdur. İynənin ucu sümüyə dəyəndən sonra şprisin
porşenini geri çəkərək, iynənin damarda olub- olmaması ayırd edilir, 1,5 ml
keyləşdirici bəhlul vurulur. İynəni çıxartdıqdan sonra dərini tamponla sümüyə sıxmaq
lazımdır ki, vurulan məhlul yumşaq toxumaya yox, sümük toxumasına sorulsun.
Dostları ilə paylaş: |