Çənə sinirinin mərkəzi naqili anesteziyası. Çənə sinirini kəllə əsasında keyləşdirmək
üçün istifadə olunan üsullar n.maxillarisi anesteziyasında tətbiq olunan yolladır.
Onlardan da ən sadəsi və geniş istifdə olunanı yuxarıda qeyd edildiyi kimi almacıq
qövsüaltı yoldur. Traqo-orbital xətt müəyyən edildikdən sonra almacıq qövsaltı iynə
toxumaya yeridilir əsas sümüyün qanadvari çıxıntısının xarici səthinə dirənənə qədər
irəlilədilir. İynə girən dərinlik qeyd olunur və sonra geri çəkilir yenidən arxa tərəfə
15
0
altında oval dəlik istiqamətdə göstərilən dərinlik qədər toxumaya yeridilir, 2,0-
3,0 ml anestetik buraxılır.