Novokain mürəkkəb efir qrupundan olan anestetikdir və paraaminbenzoy
turşusunun dietilaminetanol efiridir. Turş mühitdə (pH 5,0-6,0) novokain zəif
hidrolizə uğrayır, ona görə iltihabi prosesdə ağrıkəsici təsiri zəif olur. Toxumalarda,
qanda, qaraciyərdə novokain tez hidrolizə uğradığına görə ağrısızlaşdırma müddəti
20-30 dəqiqə çəkir.
İnfiltrasion ağrısızlaşdırma məqsədilə 0,25-0,5%, naqili anesteziya üçün 1,0-2,0%
məhlulundan istifadə olunur. Novokainin təsirini gücləndirmək və müddətini
uzatmaq üçün onun 100ml məhluluna 1,0 ml 0,1% adrenalin məhlulu əlavə olunur.
Ən toksiki anestetiklər: kokain, sofkain, Novokainin sindromu: aminokain prokain
(beüzokain). Lidokainin təsir müddəti 60 dəqiqə olur.
Dostları ilə paylaş: |