Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə49/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   45   46   47   48   49   50   51   52   ...   162
Elektron diw

Trimekain amid qrup anestetiklərə aiddir. Güclü ağrıkəsici təsirə malikdir. Kimyəvi 
tərkibinə və farmakoloji xüsusiyyətlərinə görə lidokainə yaxındır. Suda, fizioloji 
məhlulda asan həll olan ağ ya sarımtıl kristal tozdur. Mürəkkəb efir qrupuna aid olan 


anestetiklərdən fərqli olaraq ağrısızlaşdırma təsiri 2 dəfə tez başlayır, davamiyyəti və 
dərinliyi 2 dəfə çox olur. Turş mühitdə parçalanmır, yaxşı ağrıkəsici təsir göstərir.  
İnfiltrasionanesteziya üçün trimekainin 0,5%-li məhlulu, naqili keyləşdirmə üçün 1,0-
2,0%məhlulu işlənilir. Xəstələr trimekainlə aparılan anesteziyanı yaxşı keçirirlər, 
allergik reaksiya az və zəif olur. Trimekain az miqdarda sedativ təsirə malkidir və 
xəstələrdə yuxu gətirir.  
Trimekainin sinonimi: mesokain, mesidikain.  
Bupivakain amid qrupuna aid anestetikdir. Kimyəvi quruluşuna görə lidokainə 
yaxındır. Aktiv və uzun müddət təsir göstərməyə malik olan anestetiklərdən biri 
hesab edilir. Anesteziya təsiri dərinliyinə və davamiyyətinə görə novokaindən 4-5 
dəfə güclüdür, toksiki cəhətdən də üstündür. İnfiltrasion və naqili anesteziyada 
keyləşdirmə effekti 10-12 saat davam edir. Bupivakainin naqili anesteziyada 0,5%, 
0,75% və 1,0%-li məhlulu istifadə olunur.  
Bupivakaininsinonimi: markain, karbosterin, narkain, sensorkain.  
Mepivakain amid qrupundan olan anestetikdir. Anesteziya təsiri və müddəti 
lidokainə nisbətən zəifdir. Keyləşdirmə müddəti sümük üçün 20-40 dəqiqədir. Başqa 
anestetiklərdən fərqli olaraq, damarlara büzücü təsir göstərir. Buna görədə 
damardaraldıcı qatqı olmadan mepivakainin 3%-li məhlulundan istifadə olunur. 
Mepivakainsinonimi: karbokain, mepivasterin, izokain, mepidont, meaverin.  
Ultrakain amid qrupuna məxsus olan anestetik güclü təsirə malikdir. Başqa 
anestetiklərdən fərqli olaraq, toksiki təsiri çox azdır. İltihabi mühitdə digər 
anestetiklərə nisbətən avtivliyini daha az itirir.  
İnfiltrasionanesteziya üçün 1-2%-li, naqili keyləşdirmə üçün 4%-li məhlulu işlədilir. 
Adrenalinin miqdarına görə Ultrakain D-S və Ultrakain forte markaları istehsal 
olunur.  
Bir ml ultrakainin (1-2%) tərkibində 10 mq və ya 20mq artikain var. Bir ampula 
(1,7ml) 2%-li ultrakain D-C tərkibində 40mq artikain, 0,006 mq adrenalin (epinefrin 
hidroxlorid) və 0,5 mq disulfit natri var.  
Ultrakain ağrısızlaşdırma effektliyinə görə 5-6 dəfə novokaindən,3-4 dəfə 
trimekaindən və 2-3 dəfə lidokaindən güclüdür.  
Ultrakainin sinonimi: septonest, primakain, suprakain, alfokain, artikain.  
Ubistesin forte amid tipli yerli anestetik hesab edilir və istifadə olunan 
anestetiklərdən yalnız tiofen cərgəsinə məxsus olanıdır. Təsir hissəsi – artikain 
hidroxlorid. 1 ml məhlulda 40 mq artikain hidroxlorid, 0,012 mq epinefrin 
hidroxlorid, 0,6 mq disulfit natri var. Ubistesin forte güclü keyləşdirici təsirə malikdir. 
Ubistesin forte 4%-li məhlulu, 1,7 ml karpulda 2 formada buraxılır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin