Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə54/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   50   51   52   53   54   55   56   57   ...   162
Elektron diw

Pazabənzər qüsur. Bu patologiya dişin sərt toxumaları qüsurun formasına görə belə 
adlandırılmışdır. Pazabənzər qüsur alt və üst çənə dişlərinin boynunda lokallaşır. Bu 
qüsur çox vaxt diş boynunun çılpaqlaşmasından sonra başlayır. Buna görə də bəzi 
müəlliflər pazabənzər qüsuru paradontozun klinik təzahürlərindən biri hesab edirlər.  
İndiyənədəkpazabənzər qüsurun yaranma səbəbləri haqqında vahid fikir yoxdur. 
N.N.Znamenskinin geniş yayılmış fikrinə görə qüsurun yaranmasının səbəbi dişlərin 
üzvi maddəsinin dəyişilməsidir. D.A.Entin hesab edir ki, qüsurun səbəbi mexaniki 
amildir, lakin dişin sərt toxumalarının diskalsinasiyası buna şərait yaradır.  
Pazabənzər qüsurun mexaniki amillər nəticəsində baş verməsi fikri hazırda geniş 
yayılmışdır. Belə hesab edirlər ki, qüsur diş şotkasının dişə sətiri nəticəsində yaranır. 
Bu onunla təsdiq edilir ki, pazabənzər qüsur diş sırasından çox qabağa çıxan dişlərdə- 
köpək və kiçik azı dişlərində daha aydın görünür. Klinik müşahidələrlə müəyyən 
edilmişdir ki, sağ əl ilə işləyən adamlarda bu qüsur daha çox sol tərəfdə görünür. Ona 
görə ki, onlar sol tərəfdəki dişlərini daha intensiv sürtürlər. Solaxay adamlar sağ 
tərəfdəki dişlərini daha intensiv yuduqlarından qüsur sağ tərəfdə daha aydın 
görünür.  
Dişlərini diş şotkası ilə yuyan adamların heç də hamısında pazabənzər qüsurun 
əmələ gəlməməsi mexaniki nəzəriyyənin ziddinədir.  
Pazabənzər qüsurun yaranmasında turşuların mühüm rol oynaması müddəası az 
inandırıcıdır. Lakin ağız boşluğuna keçmiş turşular dişin boyun hissəsində gedən 
yeyilmə prosesinin sürətlənməsinə kömək edə bilər.  
Pazabənzər qüsur çox halda klinik cəhətdən təzahür etmir.  
Bəzən xəstələr yalnız dişin boynunda toxuma qüsuru olduğunu göstərirlər. Bəzi 
hallarda temperatur, kimyəvi və mexaniki qıcıqlandırıcıların təsiri nəticəsində 
qısamüddətli ağrılar olur. Ağrıların olub-olmaması sərt toxumaların sürtülüb 
yeyilməsi tezliyindən asılıdır.  
Yavaş-yavaş yeyilmə zamanı əvəzedici dentin sürətlə çökdüyündən ağrı olmur. Sərt 
toxumaların yeyilmə sürəti əvəzedici dentinin çökmə sürətindən yüksək olan 
hallarda ağrı baş verir.  


Müayinə zamanı bir qrup dişlərin boynunda pazabənzər qüsur olduğu aşkara çıxır:diş 
əti yanı səthi, adətən, üfuqi vəziyyətdə, ikinci səthi isə iti bucaq altında yerləşir. 
Qüsurun divarları sıx, parıltılı, hamardır. Qüsur diş boşluğuna yaxın olan hallarda 
onun konturları görünür, lakin diş boşluğu heç vaxt açılmır, ona görə ki, orada 
həmişə əvəzedici dentin çökür.  
Pazabənzər qüsur elə bir dərinliyə çata bilir ki, diş tacı mexaniki yükün təsiri altında 
sınır. Çox halda zondlama ağrı vermir, lakin qıcıqlandırıcının təsir etdiyi anda ağrı ola 
bilər.  
Eroziya daha tez-tez üst çənənin ön dişlərində müşahidə olunur, lakin alt çənənin 
köpək dişlərində, üst və alt çənənin kiçik azı dişlərində də təsadüf edilir. Alt çənənin 
kəsici dişlərində və azı dişlərdə eroziya heç vaxt müşahidə olunmur. Bu xəstəliyə 
adətən, orta yaşlı adamlar tutulur, xəstəlikuzun müddət davam edir. Eroziya ilə azə, 
iki simmetrik yerləşmiş diş zədələnir. Dişlərin tək-tək zədələnməsi müşahidə 
olunmur. Diş toxumasının eroziyası aşkara çıxarılmış adamların çoxunda 
hiperesteziya da olur.  
Eroziyanın iki forması vardır: fəal və sabit. Fəal forma üçün toxumaların sürətli 
yeyilməsi, kəskin hiperesteziya xarakterlidir. Eroziya səthi hamar olur, o, çox vaxt kip 
yapışmış qara ərplə örtülür. Xəstəliyin sabit formasında prosesin inkişafı az müşahidə 
olunur. Bu forma üçün hiperesteziya səthi hamar, parıltılı olması və ərpin 
xarakterlidir. Klinik təzahürlərinə görə eroziyanın başlanğıc (minanın eroziyası) və 
bariz (dentinin eroziyası) formalarını ayırd edirlər.  
Xəstələr eroziyadan müxtəlif cür şikayətlənirlər. Bəzi hallarda eroziya ağrı vermir və 
xəstələr yalnız minanın cüzi yeyildiyini və bəzən isə vestibülyar səthdə diş minası 
rənginin dəyişildiyini göstərirlər. Digər hallarda (bu, daha tez-tez olur) xəstələr bütün 
qıcıqlandırıcıların, daha çox turş və mexaniki qıcıqlandırıcıların kəskin ağrı 
verdiyindən, habelə kosmetik qüsurdan şikayətlənirlər.  
Eroziya zamanı dişin sərt toxumalarının oval formalı zədələnməsi müşahidə olunur. 
Bu zaman mina və dentin zədələnir.  
Dişin sərt toxumasının eroziyasının səbəbləri barədə müxtəlif fikirlər vardır. 
Eroziyanın mexaniki və kimyəvi amillərin təsiri ilə əlaqədar olması fikrinin 
tərəfdarları daha çoxdur. Sübut edilmişdir ki, sitrus meyvələri və turş içkilər sərt 
toxumaların eroziyasına kömək edir. Səthaltı deminerallaşmanın baş verdiyi 
kariyesdən fərqli olaraq, eroziya zamanı xarici qatda dəyişiklik müşahidə olunur, 
səthaltı və dərin qatlarda toxumalar normal halda qalır.  
Eroziyanın yaranmasında mexaniki amillər də böyük rol oynayır. Sərt toxumalarında 
eroziya olan şəxslərin əksəriyyəti dişlərini cod şotka ilə gündə iki dəfə intensiv 
təmizləyir, belə halda tez-tez abraziv xassəli diş poroşokundan istifadə edirlər. Bu, 
yolverilməz haldır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin