Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə6/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   2   3   4   5   6   7   8   9   ...   162
Elektron diw

Dörd cür məməcik ayırd edilir: sapabənzər; göbələkşəkilli; novça ilə əhatələnmiş və 
ya yastıqlı məməciklər; yarpağabənzər məməciklər  
Ən geniş yayılan və çoxsaylı məməciklər sapabənzər məməciklərdir ki, bunlara dil 
arxasının hər yerində rast gəlinir. Onlar bir neçə zirvəsi olan çıxıntı şəklindədir. 
Çıxıntıların əsasını «birincili məməcikləri» adlanan, xüsusi lövhənin birləşdirici 
toxuma çıxıntıları təşkil edir. Çıxıntıların səthi yaxşı inkişaf etmiş buynuz qatlı epitellə 
örtülür. Yırtıcı heyvanlarda sapabənzər məməciklər daha qalın, iti zirvəli olur.  
Göbələyəbənzər məməciklərin əsası dar, zirvəsi isə enli olub, əsasən dilin ucunda 
rast gəlinir. Onları örtən epitel buynuzlaşmır. Bunların epitelində çoxlu miqdarda dad 
soğanaqları yerləşir.  
Yarpağabənzər məməciklər dilin əsasında və yan tərəflərində paralel büküşlər 
formasında olur. Buynuzlaşmayan epiteliə örtülür. Yarpağabənzər məməcikləri örtən 
epitel qatında dad soğanaqları yerləşir.  
Novçalıməməcikləri novça və yastıqla əhatə olunub, dilin kökündə yerləşir. Onlar 
zirvəsi arxaya baxan Roma rəqəmlərinin “V”- nə bənzəyirlər. Digər məməciklərdən 
fərqli olaraq dil səthindən yuxarı qalxmır, əksinə onun daxilində yerləşirlər. 
Novçalıməməciklərin epiteli buynuzlaşmır, burada çoxlu dad soğanaqları yerləşir. 
Dilin aşağı səthini örtən selikli qişa hamardır, onun epiteli buynuzlaşmır, səthində isə 
məməciklər yoxdur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin