Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə66/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   62   63   64   65   66   67   68   69   ...   162
Elektron diw

 
6. Pulpit

etiologiya, klinika,müalicə
 
 
PULPANIN QURULUŞU VƏ FUNKSİYASI  
 
Pulpa (pulpa dentis, latınca pulpa-yumşaq) dişin tac və kök hissələrində diş 
boşluğunu dolduran birləşdirici yumşaq toxumadır. Ümumi şəkildə dişin formasını 
xatırladır. Kəsici və köpək dişlərində tac pulpası kəskin sərhəd olmadan kök 
pulpasına keçir, böyük və bəzi kiçik azı dişlərində isə kök pulpası nazik şaxələrə 
ayrılır. Pulpanın həcmi yaşdan asılı olaraq dəyişir. Belə ki, uşaqlarda  pulpa böyük 
olur, yaşa dolduqca əvəzedici (təkrar) dentinin çökməsi nəticəsində onun həcmi xeyli 
kiçilir.  
Kökün zirvəsində kanal çox vaxt əlavə şaxələrə ayrılır və pulpa həmin şaxələrdə 
yerləşir. Müalicə metodunu seçərkən və müalicəni apararkən bunu nəzərə almaq 
lazımdır. Pulpa kök kanalı və əlavə dəliklər vasitəsilə periodontun toxumaları ilə 
birləşir. Bundan əlavə, zirvə dəliyindən pulpaya qan və limfa damarları, habelə 
sinirlər (damar-sinir dəstəsi) daxil olur.  
Pulpa hüceyrələrlə, hüceyrəarası maddələrlə, habelə damar və sinirlərlə zəngin olan 
yumşaq birləşdirici toxumadan ibarətdir. Pulpanın quruluşunun xüsusiyyəti onda 
böyük miqdar hüceyrəarası maddənin (mukopolisaxaridlərin və s. maddələrin) 
olmasıdır. Həmin maddələr pulpaya xüsusi möhkəmlik verir. Hüceyrəli və lifli 
strukturlar bu homogen maddədə yerləşir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin