amilin (mexaniki, kimyəvi) təsiri dentin əmələ gəlməsi prosesini gücləndirir. Sərt
toxumaların eroziyası, kariyes və pazabənzər qüsur zamanı odontoblastların əmələ
gətirdiyi əvəzedici dentinin çökməsi nəticəsində diş pulpası özünü xarici təsirlərdən
qoruyur.
Zədələnmə və xüsusən iltihab zamanı pulpanın plastiklik qabiliyyəti haqqındakı
məsələ xüsusi müzakirə mövzusudur.
Uzun müddət belə bir fikir mövcud idi ki, pulpa ümumiyyətlə, son dərəcə zəif
regenerasiya qabiliyyətinə malikdir, zədələnmə və iltihab zamanı isə bu qabiliyyət
əslində təzahür etmir. Sonrakı tədqiqatlar (əvvəlcə eksperimental, sonra isə klinik
tədqiqatlar) göstərdi ki, pulpanın plastiklik qabiliyyəti hətta iltihab zamanı da qalır.
Q.D.Feldman sümük əmələgətirmə simulyatoru kimi diş boyunluğu divarlarından
götürülmüş dentin yonqarlarından istifadə etməyi təklif etdi. Qeyd etmək lazımdır ki,
bu işlərin böyük nəzəri əhəmiyyəti olmuşdur. İltihablı dişin kök pulpasını
sümüyəbənzər toxumaya çevirməyin mümkünlüyü fikri indi də mövcuddur.
Müdafiə və ya sədd funksiyası retikulo endotelial sistemin hüceyrələri tərəfindən
həyata keçirilir. Y.M.Qofun (1928) diş pulpasında retokulo-endotelial sistemin
hüceyrələrinin olması barədə ilk dəfə olaraq məlumat vermişdir. O,histiositləri bu
hüceyrələrə aid etmişdir. Sonrakı tədqiqatlar pulpada retikuloendotelial sistemin
hüceyrələrinin olduğunu sübuta yetirdi; eksperimental tədqiqatların göstərdiyi kimi
həmin hüceyrələr uduculuq qabiliyyətinə malikdir.
Hazırda adventisial hüceyrələrdən makrofaqların əmələ gəlməsi sübut edilmiş hesab
olunur. Makrofaqlar faqositoz qabiliyyətinə malik olduğundan mikroorqanizmləri
udur. Anticisim hazırlanmasında iştirak edən plazmatik hüceyrələri pulpanın
müdafiə-uyğunlaşma aparatı hüceyrələrinə aid edirlər.
Pulpanın lifli törəmələri də sədd funksiyasını yerinə yetirir, onlar turş mühitdə şişmə
qabiliyyəti sayəsində pulpada asidozu azalda bilir.
Beləliklə, retikulo-endotelial sistem hüceyrələrinə, ferment sistemlərinə, lifli
törəmələrə və digər müdafiə mexanizmlərinə malik olan diş pulpası əlverişsiz
şəraitdə onları səfərbərliyə almaq qabiliyyətinə malikdir. Bunun da nəticəsində onun
həyat fəaliyyəti davam edir. Bundan əlavə, diş pulpası iltihabi prosesin periodonta
yayılmasının qarşısını alır.
Dostları ilə paylaş: