Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə69/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   65   66   67   68   69   70   71   72   ...   162
Elektron diw

 
PULPA İLTİHABININ KLİNİKASI  
 
Pulpitin klinik təzahür formaları çox müxtəlifdir. Bu müxtəliflik diş pulpasında 
iltihabın yayılmasından, xəstəliyin sürəkliliyindən, xəstənin yaşı ilə əlaqədar olaraq 
kök zirvəsinin formalaşma dərəcəsindən və s. Asılıdır. Lakin, bu müxtəlifliyə 
baxmayaraq yalnız həmin patologiyada təzahür edən simptomlar vardır.  
Pulpa diş boşluğunda dərində yerləşdiyi üçün onu tam, hərtərəfli müayinə etmək 
mümkün olmadığından subyektiv simptomlardan (xəstənin şikayətindən), əsasən 
ağrı simptomundan – odontalgiyadan istifadə etmək lazım gəlir.  
Ağrının xarakteri pulpitin diferensial diaqnostikası üçün mühüm əhəmiyyətə 
malikdir.  
Pulpit üçün ən xarakterik ağrılar aşağıdakılardır: xarici qıcıqlandırıcıların təsiri 
olmadan öz-özünə başlayan ağrılar; gecə vaxtı xəstənin üfüqi vəziyyətdə başlayan 
tutmaşəkilli ağrılar; güclənən və arabir kəsən ağrılar; lokallaşan, yaxud irradiasiya 
edən ağrılar; xarici qıcıqlandırıcıların (temperatur, kimyəvi, mexaniki qıcıqların) 
təsirindən başlayan və uzun müddət davam edən, habelə kəskin, sızıltı, küt, sancılı, 
pulpasiyalı və s. ağrılar.  
Bu simptomların hazırda və ya yaxın keçmişdə baş verməsi anamnez zamanı 
müəyyən edilir.  
Xəstəliyin davametmə müddətindən, qan damarlarının vəziyyətindən, xəstənin 
yaşından, xəstəliyin qapalı və ya açıq pulpa kamerasında gedişindən və bir sıra digər 


amillərdən çox asılıdır. Ağrı xarakteristikasının bütün bu variantları, pulpitin xüsusi 
simptomatologiyası aydınlaşdırılan zaman yeri gəldikcə əks etdiriləcəkdir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin