SELİKLİ QİŞANIN FUNKSİYALARI Ağız boşluğunun selikli qişası özünün anatomik-histoloji xüsusuiyyətləri ilə bir sıra
funksiyaları yerinə yetirir: müdafiə, plastik, hissiyat və soruculuq.
Müdafiə funksiyası. Selikli qişa – tulyaremiya və dabaq törədiciləri istisna olmaqla,
mikroorqanizmlərə və viruslara qarşı baryer rolunu oynayır. Selikli qişanın epitel
qatının daimi qopub ayrılması –deskvamasiya prosesi zamanı ağız boşluğu mühitinə
çoxlu miqdarda mikroorqanizmlər və onların həyat fəaliyyəti nəticəsində əmələ
gələn məhsullar qarışır. Müdafiə funksiyasında əsas rolu leykositlər oynayır.
Leykositlər alveolyar diş ətinin epitelindən ayrılır və normada ağız suyunun 1 ml- də
təxminən 4000 leykosit olur. Leykositlərin sayı ağız boşluğunun selikli qişasının
iltihabı patologiyalarında artır və kompensasiya etmək üçün müdafiə funksiyasını
gücləndirir.