Xronik fibroz periodontit. Periodontitin bu formasının dioqnistikası çətinlik törədir.
Əvvəla, ona görə ki, xəstəlik adətən simptomsuz keçir, ikincisi, baş verən dəyişikliklər
pulpitin bəzi formalarında, habelə xronik preodontitin digər formalarının gedişin
yaxşı nəticələndiyi hallarda olan dəyişikliklərə oxşayır. Müayinə zamanı dişin intakt
qaldığı, tacının rənginin dəyişdiyi, diş boşluğu ilə əlaqəni karioz boşluq olduğu,
zondlamanın ağrı vermədiyi, bəzən isə kanalların plomblanmış olduğu aşkara
çıxarılır. Di. Temperatur qıcıqlarına reaksiya vermir, 100 mka və daha çox güclə
eletrik cərəyanına reaksiya verir. Rentgenoloji tədqiqat periondontal yarığn
genişləndiyini göstərir. Bu vaxt kök kanalının doldurulma dərəcəsinə diqqət vermək
lazımdır, çünki bu, həkim müdaxiləsinin xarekterini müəyyən edir. Kanal açıq, yaxud
yarımçıq plomblanmış olsa terapevtik müdaxilə edilməsi zəruridir. Əgər kök kanalı
zirvəyə qədər plomblanmışsa, belə diş müalicəsi tələb etmir, ona görə ki,
periodontal yarığın genişlənməsinə əvvəllər aparılmış müalicənin uğurlu nəticəsi
kimi baxılır.
Dostları ilə paylaş: |