Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə91/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   87   88   89   90   91   92   93   94   ...   162
Elektron diw

Leykoplakiyanın  müalicəsi.  Yastı  leykoplakiyanın  müalicəsi  əsas  qıcıqlandırıcı 
amillərin  ləğv  edilməsi,  ağız  boşluğunda  sanasiyanın  aparılmasıdır.  Yerli  terapiya  -
3,44-%-li  retinol  asetat,  30%-li  tokoferol  məhlulunun  applikasiya  şəklində  zədə 
ocağına qoyulması hiperkeratozun azalmasına yönəlir. Ümumi müalicə zamanı retinol 
asetatı daxilə 6-8 damcı qəndin üzərində gündə 2 dəfə bir ay müddətində, 30%-li B – 
tokoferol 3-5 damcı gündə 3 dəfə, piridoksalfosfat 0,02%-li gündə 3 dəfə yeməkdən 
sonra təyin olunur. Xəstə pəhriz saxlamalı, qıcıqlandırıcı maddələr qəbul etməməlidir. 
Endokrinoloqun və qastroenteroloqun məsləhəti məqsədəuyğundur.  
Verrukoz  formada  ağız  boşluğunun  sanasiyası,  gigiyenaya  riayət  olunması, 
halvanizmin aradan götürülməsi, bəzi hallarda kriodestruksiya məsləhətdir.  
Eroziv  formada  –  siqaret  çəkmənin  ləğvi,  ağrıkəsicilər:  trimekain,  piromekain, 
antiseptiklər:  0,05%-li  xlorheksidin  məhlulu,  0,5-11%-li  xloramin  məhlulu  məhlulu, 
2%-li  hidrogen  peroksid,  stimuləedici  terapiya,  solkoseril  (jele),  epitelləşdirici 
maddələr,  retinol  asetat,  karotolin,  itburnu  yağı,  çaytikanı  yağı  və  kriodestruksiya 
təyin edilir.  
Tappeyner leykoplakiyasında siqaretin qıcıqlandırıcı təsirinin istisnası, iltihabəleyhinə, 
antiseptiklər,  keratoplastik  preparatlar  istifadə  olunur.  Tappeyner  leykoplakiyasının 
xüsusiyyəti odur ki, siqaretin çəkilməsi ləğv olunandan sonra bütün simptomlar yox 
olur və selikli qişa özünün anadangəlmə mənzərəsini alır.  
Siqaretin  çəkilməsinin  əsas  mənfi  təsiri-  nikotinin  və  temperaturun  yüksəlməsinin 
təsiri ilə izah olunmur. Əmələ gələn tüstüdə böyük miqdarda kükürd, piridin əsaslar, 
fenol,  qətranlar  və  zərərli  maddələr  olur ki,  bunlar  da selikli qişaya  çox mənfi  təsir 
göstərir.  
Leykoplakiyanın konservativ müalicəsi effekt vermədikdə cərrahi metoddan istifadə 
edilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin