78
Suleym ibn Qeys Hilali
rıram. Allaha and olsun ki, Osmanın etdiyi dinsiz
və haqq əlində olmayan şəxs
üçün belə alçaqlıqdır. Rəbbimdən açıq dəlil üzərində olduğum, höccəti əlimdə
və haqqı mənimlə ikən bunu necə edə bilərəm?!
Allaha
and olsun, bir kəs qarşısını almağa gücü olduğu təqdirdə düşmənin
ətini parçalamasına, dərisini üzməsinə, sümüklərini qırmasına və qanını
tökməsinə icazə versə günahı çox böyükdür və sinəsində yer
verdikləri olduqca
zəifdir. Ey Qeysin oğlu, sən belə ol! Amma mənə gəlincə,
öz əlimlə onlara bir
qılınc zərbəsi vuraram ki, başları havaya uçar, o zərbəylə bu əl və yumruqlar
məhv olar. Bundan azına razı olmaram. Sonra da Allah nə diləsə onu edər!
Vay
olsun sənə, ey Qeysin oğlu! Mömin hər cür ölümlə ölər. Amma özünü
əsla öldürməz. Hər kim canını qorumağa qüdrəti olduğu halda qatililə öz arası-
nı boş buraxsa, özünü öldürmüşdür.
Vay olsun sənə, ey Qeysin oğlu! Bu ümmət yetmiş üç fi rqəyə bölünəcək.
Onlardan biri Cənnətdə, yetmiş ikisi oddadır. Onların ən pisi, Allah yanında ən
çox nifrət ediləni və Ondan ən uzağı gecə vaxtı öz aralarında sövdələşib “heç
bir savaş olmayacaq” deyənlərdir. Onlar yalan danışırlar. Halbuki,
Uca Allah
kitabında və Peyğəmbər sünnəsində həddi aşan zalım kəslərlə və yoldan azan-
larla savaşmağı əmr etmişdir”.
Dostları ilə paylaş: