23 HƏDİS 4
Səqifə hadisəsi Salman Farisinin dilindən 1. Ənsarın Səqifə əhlinə qarşı dəlil göstərmələri Əban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən rəvayət edir ki, Salman Farisinin
belə dediyini eşitdi: “Peyğəmbər (s) vəfat etdikdən sonra camaat elədiyini elədi.
İki şeyx və Əbu Übeydə ibn Cərrah gəldilər, ənsar onlarla Əlinin (ə) höccəti
barədə mübahisə etdi. Dedilər: “Ey ənsarlar! Bu məsələdə Qüreyş sizdən daha
artıq haqq sahibidir. Çünki Peyğəmbər (s) Qüreyşdəndir. Mühacirlər sizdən
daha xeyirlidirlər, çünki Uca Allah onları Öz kitabında bəyan etmiş və üstün
bilmişdir. Peyğəmbər də (s) buyurub: “İmamlar Qüreyşdəndir”.