Ali-Muhammedin sirleri indd


İmam Əli (ə) Qüreyşə dəlillər təqdim edir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə35/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   31   32   33   34   35   36   37   38   ...   410
AliMuhemmedin sirleri

İmam Əli (ə) Qüreyşə dəlillər təqdim edir
İmam Əlini (ə) yaşlı səhabənin yanına gətirdilər. İmam Əli (ə) deyirdi: “Al-
laha and olsun ki, əgər qılıncım  əlimdə olsaydı  məni heç vaxt buraya gətirə 
bilməzdiniz. And olsun ki, sizinlə mübarizədən çəkinmirəm. Əgər qırx nəfər 
yardımçım olsaydı sizin bu camaatınızı  pərəm-pərəm salardım. Lakin, Allah 
mənə beyət edib, sonra beyətindən üz döndərən camaata lənət eləsin!”.
Yaşlı səhabə Əlini görüb uca səslə dedi: “Onu buraxın getsin”. Əli (ə) dedi: 
“Ey yaşlı səhabə, nə tez Peyğəmbərə qarşı çıxdınız?! Hansı haqq və nəyə əsasən 
camaatı özünə beyətə çağırırsan?! Məgər dünən (Qədir Xum günü) Allahın və 
Peyğəmbərinin əmrilə mənə beyət eləmədinizmi?”
Qunfuz (l.ə.) onunla Əlinin (ə) arasına girməyə çalışan Fatiməyə (ə) qamçı 
ilə zərbə endirmişdi. Səhhakın oğlu onun yanına adam göndərmiş və demişdi: 
“Əgər Fatimə (ə) mane olmağa çalışsa, onu vur!”. Qunfuz evinin qapısı qarşı-
sında onun qolunun altına zərbə endirmiş, bunun nəticəsində qabırğası sınmış 
və bətnindəki uşaq düşmüşdü. O xanım da bundan vəfat edərək şəhadətə qo-
vuşmuşdu. 


30
Suleym ibn Qeys Hilali
Yaşlı  səhabə yanına gətirildikdən sonra Səhhakın oğlu  Əliyə  (ə) dedi: 
“Beyət elə, bu hadisələri özündən uzaqlaşdır!”  Əli (ə) dedi: “Əgər etməsəm 
nə edəcəksiniz?” Dedilər: “Səni zəlil vəziyyətdə  qətlə yetirəcəyik”. Dedi: 
“Demək Allah bəndəsini və Peyğəmbərin (s) qardaşını qətlə yetirəcəksiniz?!” 
Yaşlı səhabə dedi: “Allahın bəndəsini bəli, amma Peyğəmbərin qardaşı olduğu-
nu təsdiq etmirik”. Əli (ə) dedi: “Peyğəmbərin mənimlə öz arasında qardaşlıq 
yaratdığını inkarmı edirsiniz?” Dedi: “Bəli, inkar edirik”. Bu sualı onlara üç 
dəfə verdi.
Sonra  Əli (ə) onlara yaxınlaşıb dedi: “Ey müsəlmanlar, mühacirlər və 
ənsar! Sizi Allaha and verirərm, Qədir Xum günü Peyğəmbərin  fi lan-fi lan, 
Təbuk günündə isə fi lan-fi lan sözləri dediyini eşitmədinizmi?! İmam (ə) onlara 
Peyğəmbərin (s) camaat arasında söylədiyi açıq-aydın sözlərini bir-bir xatırlat-
dı. Onlar da: “İlahi, bəli, elədir” dedilər.
* * *
İnsanların  Əliyə  (ə) kömək edəcəyindən qorxan yaşlı  səhabə  Əliyə  (ə) 
dedi: “Sənin söylədiklərinin hamısı haqdır, bunları qulaqlarımızla eşitmiş, an-
lamış  və  qəlbimizdə qorumaqdayıq. Lakin bunlardan sonra Peyğəmbərin (s) 
belə söylədiyini eşitməmisən: “Biz Allahın seçdiyi Əhli-Beytik, Allah bizi 
seçmiş  və axirəti bizim üçün dünyadan üstün tutmuşdur. Allah bizim üçün 
peyğəmbərliklə xilafəti bir yerdə (bu dünyada) cəm etmədi”.
İmam  Əli (ə) buyurdu: “Buna səninlə birgə Peyğəmbər səhabələrindən 
kimsə şahid olubmu?” Səhhakın oğlu dedi: “Peyğəmbər xəlifəsi düz deyir, bunu 
söylədiyi kimi Peyğəmbərdən eşitmişəm. Əbu Übeydə, Əbu Hüzeyfənin köləsi 
Salim və Muaz ibn Cəbəl dedilər: “Düz deyir, bunu Peyğəmbərdən eşitmişik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin