Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 71 İmamını tanımayan kəs cahiliyyə ölümü ilə ölüb



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə371/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   367   368   369   370   371   372   373   374   ...   410
AliMuhemmedin sirleri

272
Suleym ibn Qeys Hilali
HƏDİS 71
İmamını tanımayan kəs cahiliyyə ölümü ilə ölüb
Şeyx Səduq “Kamalud-din” kitabında deyir: “Atam və Muhəmməd ibn 
Həsəndən, onlar da Səd ibn Abdullah ibn Cəfər Həmiridən, onların hamısı 
Muhəmməd ibn İsadan, Yaqub ibn Yeziddən və İbrahim ibn Haşimdən, onlar da 
Həmmad ibn İsadan, o da Ömər ibn Üzeymədən, o da Aban ibn Əbu Əyyaşdan, 
o da Süleym ibn Qeys Hilalidən nəql edir ki, o Salmandan, Əbu Zərdən və Miq-
daddan Peyğəmbərin (s) bu sözünü eşidib: “Kim imamı olmadığı halda ölsə, 
cahiliyyə ölümü ilə ölüb”.
Bunu Cabirə  və ibn Abbasa söylədim, təsdiq edib doğru söylədiklərini 
bildirdilər. Buna şahidik və Peyğəmbərdən (s) eşitmişik. Salman deyir: “Ya 
Peyğəmbər, siz buyurmusunuz: “Kim imamı olmadığı halda ölsə, cahiliyyə 
ölümü ilə ölüb”. Ya Peyğəmbər, bu imam kimdir?”
Peyğəmbər (s) buyurdu: “Ey Salman, mənim vəsilərimdəndir. Ümmətimdən 
kim ölsə, imamını tanımasa, cahiliyyə ölümü ilə ölüb. Əgər onu tanımasa və ya 
onunla düşmənçilik etsə, o şəxs müşrikdir. Əgər tanımasa, lakin düşmənçilik 
etməsə və düşmənlərinə dost olmasa, o şəxs müşrik deyil, cahildir”.


Ali-Muhəmmədin sirləri
273
HƏDİS 72

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   367   368   369   370   371   372   373   374   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin