Ali-Muhammedin sirleri indd


Cənnət səhabələrdən dördünə müştaqdır



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə379/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   375   376   377   378   379   380   381   382   ...   410
AliMuhemmedin sirleri

Cənnət səhabələrdən dördünə müştaqdır
Fırat öz “Təfsir”ində Əli ibn Muhəmməd ibn Ömər Zəhridən, o da Qasim 
ibn  İsmail  Ənbaridən, o da Həfs ibn Asim, Nəsr ibn Məzahim və Abdullah 
ibn Müğeyrədən, o da Muhəmməd ibn Harun Sindidən, o da Aban ibn Əbu 
Əyyaşdan, o da Süleym ibn Qeysdən belə nəql edir:
Uca Allah Peyğəmbərinə (s) dörd səhabəni sevməyi əmr 
etmişdir
Biz məsciddə oturmuşkən Əli ibn Əbu Talib (ə) evindən çıxdı. Bu hadisə 
Siffi ndən sonra, Nəhrivandan əvvəl idi. Əli (ə) oturdu, biz də onun ətrafında 
əyləşdik. Bir kişi ona dedi: “Ey Əmirəl-möminin, səhabələrin barədə bizə 
xəbər ver”.
Peyğəmbərdən (ə) uzun bir hekayəni nəql etdikdən sonra dedi: “Mən, 
Peyğəmbərin (s) uzun bir söhbəti əsnasında belə dediyini eşitdim: “Allah-Təala 
mənə səhabələrimdən dördünü sevməyi əmr edib, onları sevdiyini və cənnətin 
onlara müştaq olduğunu bildirib. Peyğəmbərdən (s) həmin  şəxslərin kimliyi 
barədə soruşulduqda: “Əli ibn Əbu Talib” deyib sükut etdi. Sonra onların kim-
liyi barədə bir daha soruşuldu. Yenə “Əli” deyib sükut etdi. Səhabələr “Onlar 
kimdir, ya Peyğəmbər?” deyə sual verdikdə “Əli və onunla birgə üç nəfər. Əli 
onların imamı, dəlili və hidayətçisidir. Onlar dönməzlər, azmazlar, geri addım 
atmazlar, zamanın keçməsi qəlblərini sərtləşdirməz – bunlar Salman, Əbu Zərr 
və Miqdadır”. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin