Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə63/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   59   60   61   62   63   64   65   66   ...   410
AliMuhemmedin sirleri

İmanın sütunları
İmam Əli (ə) Cəbrailin sözlərini nəql edib bitirdikdən sonra buyurdu: «Bi-
lin ki, iman dörd sütun üzərindədir: yəqin, səbr, ədalət və cihad.
Yəqinin dörd qismi var: şövq, qorxu, zöhd və gözləmə. 
Cənnəti diləyən şəxs şəhvətləri tərk edər, atəşdən qorxan şəxs haramlardan 
çəkinər, dünyaya qarşı zahid olan üçün bəlalar asanlaşar və ölümü gözləyən 
şəxs də yaxşılıq etməkdə tələsər.
Səbr də dörd qisimdir: fi tnələr qarşısında bəsirət, hikmətli təvil, ibrətlərə 
qarşı mərifət və özündən əvvəlkilərin tutduğu yol. Fitnələrə qarşı bəsirətli olan 


48
Suleym ibn Qeys Hilali
şəxsə hikmət bəyan olar, hikmət bəyan olan şəxs ibrətləri tanıyar, ibrətləri ta-
nıyan şəxs isə hikməti təvil edər, hikməti təvil edən ibrəti görər və ibrəti görən 
şəxs əvvəlkilərlə birlikdə yaşamış kimidir.
Ədalət dörd qisimdir: göz yumulmuş anlayışlar, elm örtüyü, hikmətlərin 
gözəlliyi, helm bağçası. Anlayan şəxs elm cümlələrini təfsir edər, elm sahibi 
olan şəxsə hikmət qanunları verilər, helmli olan şəxs isə işlərində həddini aş-
maz və bu xüsusiyyətilə camaat arasında tərifl ənərək yaşayar.
Cihad da dörd qisimdir: yaxşılığı əmr etmək və pislikdən çəkindirmək, hər 
yerdə doğru danışmaq, Allah üçün qəzəblənmək və fasiqlərə nifrət etmək.
Yaxşılığı tövsiyə edən mömini gücləndirər, pislikdən çəkindirən fasiqin 
burnunu yerə sürtər, hər yerdə doğru danışan şəxs üzərinə düşəni yerinə yetir-
miş olar və kim fasiqlərə nifrət etsə və Allah üçün qəzəblənsə, Allah da onun 
üçün qəzəblənər. Bunlar iman, sütunları və qisimləridir”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin