Ali-Muhammedin sirleri indd


İmanın, küfrün və zəlalətin ən aşağı dərəcələri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə64/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   60   61   62   63   64   65   66   67   ...   410
AliMuhemmedin sirleri

İmanın, küfrün və zəlalətin ən aşağı dərəcələri
Kişi dedi: “Ey Möminlərin-əmiri! İnsanı mömin edəcək, yaxud kafi r edəcək 
və ya zəlalətə salacaq ən kiçik şey nədir?”
Buyurdu: “Sual verdin, elə isə cavabını dinlə.  İnsanın mömin sayılacağı 
ən kiçik şey Allahın ona özünü tanıtması  və  həmin  şəxsin də bu mərifətdən 
sonra Onun Rəbliyini və birliyinə təsdiq etməsi; Allahın öz elçisini ona tanıt-
ması, onun peyğəmbərliyin iqrar etməsi; Allahın yer üzündəki höccətini və 
məxluqları üzərindəki  şahidini ona tanıtması, həmin  şəxsin də onlara  itaət 
edəcəyinə qərar verməsidir”.
Kişi dedi: «Ey Möminlərin-əmiri! Bəs, sənin qeyd etdiklərindən başqa 
məsələlər barədə məlumatsız olsa?” 
İmam Əli (ə) buyurdu: “Bəli, nə vaxt ona əmr edilsə itaət etməli və nə vaxt 
qadağan edilsə çəkinməlidir.
İnsanı kafi r edən ən kiçik şey isə: Allahın (qadağan etdiyi halda) ona icra-
sını əmr etdiyini düşünüb həmin məsələni dininə nisbət verməsi; bundan sonra 
Allahın əmr etdiyini sanıb həmin əməllə dindarlıq etməsi, o şeyi din qərar edib 
nədənsə uzaqlaşıb və ya yaxınlaşmasıdır. Halbuki bütün bu hallarda o, Allaha 
qulluq etdiyini zənn edirdi.
İnsanı zəlalətə salan ən kiçik şey isə: Allahın itaətini əmr etdiyi və vilayətini 
vacib buyurduğu yer üzündəki höccətini və məxluqları üzərindəki şahidini ta-
nımamasıdır”.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin