Ali-Muhammedin sirleri indd


cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qu-



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə69/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   65   66   67   68   69   70   71   72   ...   410
AliMuhemmedin sirleri

cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qu-
laq asırsan”.
1
 
1
 “Munafi qun” surəsi, ayə 4.


52
Suleym ibn Qeys Hilali
Bu kəslər Peyğəmbərdən (s) sonra da ümmətin içində qaldılar, yalan, gü-
nah, nifaq və böhtanla zəlalət imamlarına və oda çağıranlara yaxınlaşdılar. On-
lara vəzifələr verildi, camaatın boynuna mindirdilər və onlar sayəsində dünya-
dan faydalandılar. Həqiqətən Allahın qoruduğu kimsələrdən başqa, insanların 
hamısı dünyada padşahlarla birlikdədirlər. Bu, dörd nəfərdən birincisi idi.
İkincisi Peyğəmbərdən (s) bir şey eşitmişdi, amma onu olduğu kimi 
əzbərləməmişdi, bəzi  şeyləri də  xəyal etmişdi. Ancaq qəsdən yalan da-
nışmaz. O, əlindəki hədisi söyləyir və özü də ona əməl edir. Deyir: “Mən 
bunu Peyğəmbərdən (s) eşitdim”.  Əgər müsəlmanlar onun söylədiyi hədisin 
xəyalının məhsulu olduğunu bilsəydilər, onu əsla qəbul etməzdilər. Həmçinin o 
da söylədiyinin xəyal məhsulu olduğunu bilsəydi, onu tərk edərdi.
Üçüncü  şəxs Peyğəmbərin (s) əmr etdiyi bir şeyi eşitmişdi. Amma son-
ra Peyğəmbər (s) onu qadağan etmişdi. Lakin həmin şəxs qadağan edildiyini 
bilməmişdi. Yaxud Peyğəmbərin (s) bir şeyi qadağan etdiyini eşitmiş, amma 
sonra Peyğəmbər (s) onu yerinə yetirməyi buyurmuşdu. Lakin həmin şəxs bu 
əmrdən xəbərsizdir. Eləcə  də, mənsuxu (hökmü ləğv ediləni)  əzbərləməmiş, 
lakin nasixi (hökmü ləğv edəni) unutmuşdur. Əgər onun hökmünün ləğv edil-
diyini bilsəydi mütləq onu tərk edərdi. Həmçinin müsəlmanlar da hökmün ləğv 
edildiyini bilsəydilər bunu eşitdikləri zaman tərk edər və əsla qəbul eləməzdilər.
Dördüncü şəxs Allaha və Peyğəmbərə (s) yalan isnad etməz. Çünki yala-
na nifrət edir, Allahdan qorxur və Peyğəmbəri (s) də əzəmətli tutur. Xəyalını 
söylədiyinə qarışdırmaz. Eşitdiklərini olduğu kimi əzbərləmiş və eynilə eşitdiyi 
kimi də onu nəql edər. Ona bir şey artırmaz və ondan bir şey azaltmaz. Nasixi 
də, mənsuxu da əzbər bilir. Nasixə əməl edər və mənsuxu isə tərk edər. 
Peyğəmbərin (s) hədislərindəki əmr və qadağalarda da eynilə Quran kimi 
nasix və  mənsux, xüsusi və ümumi, möhkəm və mütəşabeh vardır. Bəzən 
Peyğəmbərin (s) söylədiyi sözün iki tərəfi  olur: ümumi və xüsusi. Eynilə Qu-
randa olduğu kimi. Onu eşidənlər Allahın və Peyğəmbərin (s) bu sözündəki 
məqsədin nə olduğunu bilməzlər.
Peyğəmbərin səhabələrinin hamısı ona sual verdiklərində aldıqları cavabı 
tam anlamazdılar. Onlardan bəziləri sual verər və izahını gözləməzdilər. On-
lar bir kəsin və ya bir bədəvi ərəbin gəlib Peyğəmbərə (s) sual verməsini və 
Peyğəmbərin də (s) verəcəyi cavabı dinləməyi sevərdilər.
Amma  mən hər gündüz bir dəfə  və  hər gecə bir dəfə olmaqla hər gün 
Peyğəmbərin (s) yanında olardım. O, mənimlə  tək qalardı. O hansı  tərəfə 
çevrilsə mən də onunla birlikdə çevrilərdim. Peyğəmbərin səhabələri də onun 
məndən başqa heç kəslə belə rəftar etmədiyini bilirdilər. Bu görüş bəzən mənim 


Ali-Muhəmmədin sirləri
53
evimdə olurdu. (Həmin vaxt) Peyğəmbər mənim yanıma gəlirdi. Mən nə vaxt 
onun evlərindən birinə getsəm zövcəsini otaqdan çıxarar, məndən və ondan 
başqa heç kimsə qalmazdı. Amma mənim evimə gəldikdə Fatimə və iki oğlum-
dan heç biri yanımızdan ayrılmazdı.
Mən soruşduqda cavab verirdi. Mən susduqda, ya da suallarım bitdikdə isə 
o danışmağa başlayardı. Ona nazil olub mənə oxumadığı və mənim də təkrarən 
ona oxumadığım bir dənə belə ayə yoxdur. Onları mənə imla etdi və mən də öz 
xəttimlə yazdım. Bütün bunları anlamağım və əzbərləməyim üçün də Allaha 
dua etdi.
Allahın kitabından əzbərlədiyim, təfsirini mənə öyrətdiyi və yazdığım heç 
bir ayəni unutmadım. Peyğəmbər (s) halal və haramlardan, əmr və qadağan-
lardan, itaət və günahlardan, qiyamətə qədər olan və olacaqlardan Allahın ona 
öyrətdiyi heç bir şeyi tərk etmədən hamısını mənə öyrətdi. Mən də əzbərlədim 
və onlardan bir hərfi ni belə unutmadım. Sonra əlini sinəmə qoyaraq Allahın 
sinəmi elm, fəhm, fi qh, hikmət və nur ilə doldurmasını, əsla cahil olmayacağım 
şəkildə öyrətməsi, unutmayacağım şəkildə əzbərlətməsi üçün dua etdi.
Bir gün ona dedim: “Ey Allahın peyğəmbəri! Mənim üçün dua etdiyin 
gündən bəri mənə öyrətdiklərindən heç bir şeyi unutmadım. Elə isə niyə mənə 
imla edirsən və  mənim onları yazmağımı buyurursan? Mənim unudacağım-
dan qorxursan?” Buyurdu: “Ey qardaşım! Sənin cahil olacağın və unudaca-
ğın barədə  əsla qorxum yoxdur. Sənin və  səndən sonra gələcək  şəriklərinin 
barəsində etdiyim duanı Allah qəbul etdiyini mənə bildirib”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin