Ali-Muhammedin sirleri indd


 Süleymin bu hədisi nəql etməsinə İmamların (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə71/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   67   68   69   70   71   72   73   74   ...   410
AliMuhemmedin sirleri

2.  Süleymin bu hədisi nəql etməsinə İmamların (ə) 
təsdiqi
Süleym deyir: “Atalarının şəhid edilməsindən bir müddət sonra Mədinədə 
Həsən (ə) və Hüseyni (ə) gördüm. Atalarından eşitdiyim bu hədisi onlara 
söylədim. Dedilər: “Doğru söylədin! Atamız  Əli (ə) bu hədisi sənə söylədi 
və biz də həmin vaxt orada oturmuşduq. Atamın sənə söylədiyi şəkildə bunu 
eynilə Peyğəmbərdən (s) eşitmiş və əzbərləmişdik. Ona bir şey artırıb və azalt-
mamışdır”.
Süleym deyir: “Sonra Hüseynin oğlu Əli (ə) ilə görüşdüm. Oğlu Muhəm-
məd də yanında idi. Atasından, əmisindən və Əlidən (ə) eşitdiklərimi ona da 
söylədim.
Əli ibn Hüseyn (ə) buyurdu: “Möminlərin əmiri (ə) Peyğəmbərin (s) sala-
mını mənə çatdırdı. Həmin vaxt o xəstə idi və mən də kiçik idim”.
Sonra Muhəmməd Baqir (ə) mənə bunları söyləmişdi: “Cəddim imam 
 Hüseyn  (ə) Peyğəmbərin (s) əhdini mənə çatdırdı. Bu, salam idi. Həmin vaxt o 
xəstə idi”.
Aban deyir: “Əli ibn Hüseynə (ə) bu hədisi Süleymdən eşitdiyim kimi nəql 
etdim. Buyurdu: “Süleym doğru deyib. Cabir ibn Abdullah oğlumun yanına 
gəldi. Həmin vaxt təlim yaşlarında olan bir uşaq idi. Onu öpdü və Peyğəmbərin 
(s) salamını ona çatdırdı.


Ali-Muhəmmədin sirləri
55
Aban deyir: “Əli ibn Hüseynin (ə) vəfatından sonra həccə getmişdim. Əbu 
Cəfər Muhəmməd ibn Əli (İmam Baqiri (ə)) ilə rastlaşdım. Bu hədisin bir hərfi ni 
belə azaltmadan ona da söylədim. Gözləri yaşayardı. Sonra buyurdu: “Süleym 
doğru demişdir. Cəddim Hüseynin (ə) qətlindən sonra yanıma gəlmişdi. Həmin 
vaxt atamın yanında oturmuşdum. Bu hədisi eynilə mənə söylədi.
Atam ona dedi: “Doğru söylədin. Atam bu hədisi olduğu kimi Möminlərin 
əmirindən (ə) sənə nəql etdi və biz buna şahid idik. Sonra Həsən və Hüseyn (ə) 
Peyğəmbərdən (s) eşitdiklərini ona danışdılar”.
Həmmad ibn İsa deyir: “Bu hədisi mövlam İmam Cəfər Sadiqin (ə) ya-
nında söylədim. Ağladı və dedi: “Süleym doğru demişdir. Bu hədisi atam atası 
Əli ibn Hüseyndən, o da atası Hüseyn ibn Əlidən rəvayət edib. Babam Hüseyn 
ibn  Əli (ə) demişdi: “Mən bu hədisi Süleymin sualına cavab verdiyi zaman 
Möminlərin əmirindən (ə) eşitdim”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin