Ali-Muhammedin sirleri indd


Ümmətin Peyğəmbərin (s) Əhli-Beytinə (ə) xəyanəti



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə72/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   68   69   70   71   72   73   74   75   ...   410
AliMuhemmedin sirleri

3. Ümmətin Peyğəmbərin (s) Əhli-Beytinə (ə) xəyanəti
Aban deyir: “Sonra İmam Əbu Cəfər Baqir (ə) mənə dedi: “Biz Əhli-Beyt 
Qüreyşin zülmündən və bizə qarşı  əlbirliyi səbəbindən nələrlə qarşılaşdıq, 
bizi qətlə yetirdilər!!! Bizim şiələrimiz, bizi sevənlər camaatın  əlindən nələr 
çəkdilər!!! Peyğəmbər (s) vəfatı əsnasında bizim haqqımızı bəyan etmiş, bizə 
itaəti əmr eləmiş, bizim vilayətimizin və sevgimizin vacib olduğunu bildirmiş-
di. Bizim onlara öz canlarından övla olduğumuzu söyləmiş, bunu orada hazır 
olmayanlara da söyləmələrini əmr etmişdi. 
Səqifə
Əliyə (ə) qarşı əlbir oldular. O da Peyğəmbərin (s) onun barəsində söylədiyi 
və hamının eşitdiyi sözlərlə  dəlillər göstərdi. Dedilər: “Doğru deyirsən. 
Peyğəmbər (s) belə buyurmuşdu, lakin sonradan bunları ləğv etdi və belə dedi: 
“Biz elə bir Əhli-Beytik ki, Allah bizi seçmiş, bizim üçün dünyaya razı olma-
mış, peyğəmbərliklə xəlifəliyi bizim üçün bir yerdə cəm etməmişdir”.
Buna da dörd nəfər şahidlik elədi: Səhhakın oğlu, Əbu Ubeydə, Muaz ibn 
Cəbəl və  Əbu Hüzeyfənin köləsi Salim. Camaatı  şübhəyə saldılar və  təsdiq 
elədilər, onları keçmişə qaytardılar. Xilafəti mədənindən və Allahın qərar ver-
diyi yerdən çıxardılar. 
Bizim haqqımız və dəlillərimizlə ənsarın qarşısında dəlil qoydular, nəticədə 
xilafəti yaşlı səhabəyə verdilər. Yaşlı səhabə də etdikləri qarşılığında onları mü-
kafatlandırmaq üçün onu Səhhakın oğluna qaytardı.


56
Suleym ibn Qeys Hilali
Sonra Səhhakın oğlu xilafəti altı nəfərə həvalə elədi. Onlar da Əbdürrəhman 
ibn Ovfa səlahiyyət verdilər. Sonra İbn Ovf onu Əffanın oğluna verdi ki, Əffanın 
oğlu da sonda ona qaytarsın. Amma Əffanın oğlu ona qaytarmadı. Bu zaman 
İbn Ovf küfrünü və cahilliyini zahir etdi. Həyatda ikən Əffanın oğlunu təhqir 
edərək barəsində pis sözlər danışdı. Övladları Əffanın oğlunu onu zəhərlədiyini 
və bu səbəbdən öldüyünü güman etdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin