Uydurma hədislərdən nümunələr
Aban ona belə dediyini söyləyir: “Allah sənə xeyir nəsib eləsin! Onlardan
bir neçəsini mənə söylə”. Buyurdu: “Rəvayət edirlər: “O ikisi cənnət qocala-
rının ağalarıdır”; “Səhhakın oğluna ilham olur”; “Mələklər ona təlqin edirlər”;
“Aramlıq Səhhakın oğlunun dililə danışır”; “Mələklər Əffanın oğlundan uta-
nır”; “Mənim səma əhlindən bir və yer əhlindən bir vəzirim var”
1
; “Məndən
sonra gələnlərə itaət edin”; “Sakit ol, Hira! Üzərində Peyğəmbər, Siddiq və
Şəhiddən başqası yoxdur!”. Ta ki, İmam Baqir (ə) onların haqq zənn etdikləri
yüzdən çox hədis söylədi. Sonra buyurdu: “Allaha and olsun ki, bunların hamı-
sı yalan və böhtandır!”.
Aban dedi: “Allah sənə xeyirlər nəsib etsin! Bunlardan heç bir şey doğ-
ru deyil?” Buyurdu: “Bəziləri uydurulmuş, bəziləri də təhrif edilmişdir. Təhrif
1
“Ğədir”də bu kitaba (c.5, səh.318) istinadən nəql olunana əsasən isə: “Mənim səma əhlindən
iki və yer əhlindən də iki vəzirim var. Bunlar Cəbrail və Mikail, yer əhlindən isə Əbu Bəkr
və Ömərdir”.
58
Suleym ibn Qeys Hilali
olanlardan: “Ey Hira! Sənin üzərində Peyğəmbər, Siddiq və şəhid olan Əli
var!”. Peyğəmbərin (s) sözündə məqsəd bu idi. Dağ da bunu qəbul etdi.
1
Bunun
bənzəri də var: “Peyğəmbər, Siddiq və Şəhid sənin üzərində olduqları halda
necə mübarək olmayasan?!”. Bu sözdə məqsəd yenə Əlidir (ə). Qeyd etdiyimiz
digər hədislərin hamısı isə yalan, böhtan və batildir.
İlahi, Muhəmməd ümmətinin ondan sonra Mehdinin zühuruna qədər ixtilaf
etdikləri məsələlərdə sözümü Peyğəmbərin (s) və Əlinin (ə) sözü qərar ver!”
1
Buradakı təhrif məna təhrifi dir.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |