Ali-Muhammedin sirleri indd


HƏDİS 11  1. İmam Əli (ə) insanlara dəlillər göstərir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə78/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   74   75   76   77   78   79   80   81   ...   410
AliMuhemmedin sirleri

59
HƏDİS 11 
1. İmam Əli (ə) insanlara dəlillər göstərir
Aban ibn Əbu Əyyaş Süleymdən nəql edir ki, Əffanın oğlunun xəlifəliyi 
dövründə Peyğəmbərin (s) məscidində imam Əli (ə) və bir dəstə insanın bir-
birlərilə söhbət edib elm və fi qh barədə müzakirə etdiklərini gördüm.
Qüreyşin fəzilətlərini, üstünlüklərini, hicrətini və Peyğəmbərin (s) onlar 
barəsində söylədiyi “İmamlar Qüreyşdəndir”; “İnsanlar Qüreyşə tabedirlər”; 
“Qüreyş ərəblərin imamıdır”; “Qüreyşi söyməyin”; “Hər bir Qüreyşli digər in-
sanlardan iki dəfə güclüdür”; “Qüreyşə kin bəsləyənə Allah kin bəsləyər”; “Qü-
reyşi alçaltmaq istəyəni Allah alçaldar” kimi fəzilətləri zikr edirdilər.
Sonra  ənsarın fəzilətlərini, üstünlüklərini, yardımlarını, Allahın kitabın-
da onlar barəsindəki tərifl ərini və Peyğəmbərin (s) onların fəzilətləri haqda 
söylədiklərini qeyd etdilər.
Həmçinin Səd ibn Muazın cənazəsi
1
, qüslünü mələklərin verdiyi Hənzələ 
ibn Rahib
2
 və eləcə də bədənini arıların qoruduğu şəxs
3
 barəsində Peyğəmbərin 
(s) söylədiklərini yad etdilər və onların fəzilətlərindən heç bir şeyi nəzərdən 
qaçırmadılar. Onlardan hər biri “Filan şəxs bizdəndir,  fi lan  şəxs bizdəndir” 
söyləyirdi.
Qüreyş dedi: “Peyğəmbər bizdəndir, Həmzə ibn Əbdül-müttəlib, Cəfər, 
Ubeydə ibn Haris, Zeyd ibn Harisə
4
,  Əbu Bəkr, Ömər, Osman, Səd,  Əbu 
Übeydə, Salim və  İbn Ovf da bizdəndir.  Ərəbin müxtəlif qəbilələrindən öz 
1
 Peyğəmbərdən (s) Sədin cənazəsi haqqında bəzi sözlər nəql edilmişdir. Onlardan biri belədir: 
“Ərş onun ölümünə görə titrədi” (“İhticac”) Həmçinin bax: “Biharul-ənvar”, c.10, səh.43 və 
c.20, səh.236.
2
 Uhud döyüşündə şəhid oldu və həmin vaxt Peyğəmbər (s) belə buyurdu: “Mələkləri İbn Əbu 
Amirə (Hənzələyə) qüsl verərkən gördüm”. “Biharul-ənvar”, c. 20, s. 47 və 58.
3
 Məqsəd Asim ibn Sabit Ənsaridir. “Arının qoruduğu” şəxs kimi tanınmış və Uhud döyüşündə 
şəhid olmuşdur. Müşriklər onun başını kafi rlərin qadınlarından olan Səlafə bint Sədə satmaq 
istədilər. Həmin qadın onun başında şərab içməyi nəzir etmişdi. Belə ki, Sabit Uhuddə onun 
iki oğlunu öldürmüşdü. Amma Allah arıları göndərdi. Arılar düşmənin yaxınlaşmaması üçün 
onun bədənini bütünlüklə  əhatə etdilər. Bu səbəbdən də o “Arıların qoruduğu”  şəxs kimi 
məşhurlaşdı. “Biharul-ənvar”, c. 20, s. 152.
4
 Əbul-Haris Ubeydə ibn Haris ibn Əbdülmüttəlib səhabə idi, Peyğəmbərdən (s) on yaş böyük-
dü. Bədrdə şəhid oldu.


60
Suleym ibn Qeys Hilali
nəzərlərində fəzilətləri olan hər kəsi və onların adlarını bir dənəsini belə burax-
madan saydılar.
Toplanmış insanların sayə iki yüzdən çox idi. Bəziləri kürəklərini qibləyə 
çevirmiş  və  bəziləri də camaatın içinə girmişdilər. Yadımda qaldığı  qədər 
Qü reyş dən olanlar bunlar idilər:  Əli ibn Əbu Talib, Sad ibn Əbu Vaqqas, 
Əbdürrəhman ibn Ovf, Zübeyr, Təlhə, Əmmar, Miqdad, Əbu Zərr, Haşim ibn 
Ütbə, Abdullah ibn Ömər, Həsən (ə), Hüseyn (ə), İbn Abbas, Muhəmməd ibn 
Əbu Bəkr, Abdullah ibn Cəfər və Übeydullah ibn Abbas.  Ənsardan olanlar isə 
bunlar idilər: Übey ibn Kəb, Zeyd ibn Sabit, Əbu Əyyub Ənsari, Əbu Heysəm 
ibn Teyhan, Muhəmməd ibn Məsləmə, Qeys ibn Sad ibn Übadə, Cabir ibn Ab-
dullah,  Əbu Məryəm,  Ənəs ibn Malik, Xeyd ibn Ərqəm, Abdullah ibn Əbu 
Əvfa, Əbu Leyla və onunla birgə yanında dayanmış, saqqalı yeni tərləmiş ağ 
üzlü bir gənc olan oğlu Əbdürrəhman. 
Sonra Həsən Bəsri oğlu Həsənlə birgə  gəldilər. O da saqqal yeri yenicə 
tərləmiş, ağ üzlü və orta boylu bir gəncdi.
Süleym deyir: “Mən ona və  Əbu Leylanın oğlu  Əbdürrəhmana baxdım. 
Hansının daha gözəl olduğuna qərar verə bilmədim. Amma Bəsrinin oğlu 
Həsən daha cüssəli və daha uzun boylu idi.
Camaat artırdı, söhbət isə səhərdən günortaya qədər sürdü. Əffanın oğlu 
evində idi və bu söhbətdən xəbəri yoxdu. Əli ibn Əbu Talib (ə) sakit dayanmış, 
özü və Əhli-Beytindən heç kəs bir söz demirdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin