Ali-Muhammedin sirleri indd


 Əmirəl-mömininin (ə) dəlilləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə79/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   75   76   77   78   79   80   81   82   ...   410
AliMuhemmedin sirleri

2. Əmirəl-mömininin (ə) dəlilləri
Bir dəstə adam Əliyə (ə) üzlərini tutub dedilər: “Danışmağına nə mane our?” 
Əli (ə) dedi: “Hər iki dəstə üstünlüklərini qeyd etdilər və haqqı söylədilər”.
Sonra buyurdu: “Ey Qüreyş camaatı! Ey ənsarlar! Allah bu üstünlüyü sizə 
kimin sayəsində vermişdir? Görəsən sizin özünüzün, tayfanızın, ailənizin, ya 
sizdən başqasının xatirinə?” 
Dedilər: “Allah Peyğəmbəri (s) sayəsində bizə üstünlük və fəzilətlər bəxş 
etmiş və minnət qoymuşdur. Bunların hamısını onun sayəsində nail olduq. Dün-
yada və ya dində əldə etdiyimiz hər üstünlük və fəzilət nə özümüzün, nə tayfa-
mızın və nə də ailəmizin sayəsində deyil, yalnız Peyğəmbərin (s) sayəsindədir!”
İmam Əli (ə) buyurdu: “Ey Qüreyş və ənsar, doğru söylədiniz! Dünya və 
axirətdən əldə etdiyiniz bütün xeyirlərin hamısının xüsusilə biz Əhli-Beytdən 
sizə çatdığını və özünüzdən heç kimin sayəsində olmadığını təsdiq edirsinizmi? 
Peyğəmbərin (s) “Mən və qardaşım Əli ibn Əbu Talib Adəmə qədər vahid bir 


Ali-Muhəmmədin sirləri
61
torpaqdan xəlq olunmuşuq” dediyini eşitməmisiniz?” Bədr və Uhud əhli, isla-
mı ilk vaxtlarda qəbul edənlər və öndə gedənlər “Bəli, bunu Peyğəmbərdən (s) 
eşitmişik” dedilər.
İmam  Əli (ə) buyurdu: “Görəsən  əmim oğlu Peyğəmbərin (s) “Allah 
Adəmi yaratmazdan on dörd min il əvvəl mən və  Əhli-Beytim Allahın hü-
zurunda ibadət edən bir nur idik. Allah Adəmi yaratdıqda nuru onun sülbünə 
(belinə) yerləşdirdi və yer üzünə endirdi. Sonra Nuhun sülbündə gəmidə daşıdı. 
Sonra İbrahimin sülbündə oda atdı. Ardından Allah bizi analar və atalar ara-
sında seçilmiş və şərəfl i sülblərdən pak rəhmlərə, pak rəhmlərdən seçilmiş və 
şərəfl i sülblərə köçürdü ki, onlardan heç biri əsla zinadan törəmədi” dediyini 
təsdiq edirsiniz?” Bədr və Uhud əhli, islamı ilk vaxtlarda qəbul edənlər və öndə 
gedənlər “Bəli, bunu Peyğəmbərdən (s) eşitmişik” dedilər.
İmam Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! Peyğəmbər (ə) səhabələri 
arasında qardaşlıq yaradarkən onların hər biri üçün bir qardaş seçdi. Məni də 
özü üçün qardaş seçib “Dünya da və axirətdə sən mənim və mən də sənin qar-
daşınam” dediyini təsdiq edirsinizmi?”. Dedilər: “Allaha and olsun ki, bəli”.
İmam Əli (ə) dedi: “Peyğəmbər (s) məscidinin torpağını satın alıb məscid 
tikdi, sonra (məscidin ətrafında) doqquzu xanımları və onların da ortasında biri 
də mənim üçün olmaqla on ev tikdi. Bir müddət sonra mənim evimin qapısı 
istisna olmaqla məscidə açılan bütün qapıları bağlatdırdı. Bəzilərinin bu barədə 
söz-söhbət salmağa başladıqda Peyğəmbər (s) buyurdu: “Sizin evlərinizin qa-
pısını bağlayıb və onun qapısını açıq saxlayan mən deyiləm. Bunu mənə Allah 
əmr etdi”. Həmçinin Peyğəmbər (s) məndən başqa hər kəsə məsciddə yatmağı 
qadağan etmişdi. Peyğəmbərin (s) evilə  mənim evim məsciddə olduğu üçün 
orada cünub gəzə bilir, Peyğəmbərin (s) və mənim övladlarım orada dünyaya 
gəlmişdir. Bunu təsdiq edirsinizmi?” Onlar dedilər: “İlahi, bəli, elədir”.
İmam Əli (s) buyurdu: “Səhhakın oğlu öz evindən məscidə kiçik bir dəlik 
açmaq üçün israr etmişdi. O zaman Peyğəmbər (s) buyurmuşdu: “Allah Mu-
saya pak və təmiz bir məscid tikməsini, orada yalnız özünün, Harunun və iki 
oğlunun yaşaya biləcəyini buyurmuşdu. Allah mənə də pak və təmiz bir məscid 
tikməyi, orada yalnız mənim, qardaşımın və iki oğlunun yaşaya biləcəyini əmr 
etdi”. Bunu təsdiq edirsiniz?». 
Dedilər: “Allaha and olsun, bəli”.
İmam  Əli (ə) buyurdu: “Peyğəmbərin (s) Qədir Xum günü məni yanına 
çağırıb vilayətimi elan etdiyini və “Burada olanlar olmayanlara çatdırsın” dedi-
yini təsdiq edirsinizmi?” «İlahi, bəli, elədir” dedilər.


62
Suleym ibn Qeys Hilali
İmam Əli (ə) dedi: “Peyğəmbər (s) Təbuk döyüşü günü buyurdu: “Sənin 
mənə olan nisbətin Harunun Musa nisbəti kimidir. Sən məndən sonra bütün 
möminlərin vəlisisən”. Bunu təsdiq edirsinizmi?» 
Onlar: “Allaha and olsun ki, bəli” dedilər.
İmam Əli (ə) sözünə belə davam etdi: “Peyğəmbər (s) Nəcranlı xristianları 
mübahələyə dəvət etdi. Bu zaman özü ilə mübahələyə məndən, zövcəm və iki 
oğlumdan başqa heç kəsi aparmadığını da təsdiq edirsinizmi?”. Dedilər: “Alla-
ha and olsun, elədir”.
İmam Əli (ə) buyurdu: “Peyğəmbər (s) Xeybər bayrağını mənə verərək “Sa-
bah bayrağı elə bir şəxsə verəcəyəm ki, o, Allahı və rəsulunu, Allah və rəsulu da 
onu sevir. Qorxaq deyil və döyüşdən əsla qaçmaz. Allah Xeybəri onun əlilə fəth 
edəcək” buyurdu. Bunu bilirsiniz?” Dedilər: “İlahi, şahidik”.
İmam  Əli (ə) dedi: “Peyğəmbər (s) “Bəraət”
1
 surəsini təbliğ üçün məni 
gön dərdi, məndən əvvəl göndərdiyi şəxsi
2
 geri çağırdı və bunu Allahın vəhyinə 
əsasən etdi. Uca Allah buyurdu: “Sən və sənin özündən olan şəxsdən (Əlidən) 
başqası bunu təbliğ edə bilməz”. Bunu təsdiq edirsinizmi?” Oradakılar dedilər: 
“Allaha and olsun ki, bəli”.
İmam Əli (ə) buyurdu: “Peyğəmbər (s) bir çətinliklə qarşılaşdıqda mənə 
olan etibarına görə öndən məni göndərər, məni heç vaxt adımla çağırmaz, “Ey 
qardaşım” və ya “Qardaşımı yanıma çağırın” deyərdi. Bunu təsdiq edirsiniz?” 
Dedilər: “Bəli, Allaha and olsun ki, elədir”.
İmam Əli (ə) buyurdu: “Təsdiq edirsiniz ki, Həmzənin qızı haqqında mən, 
Cəfər və Zeyd arasında Peyğəmbər (s) hakimlik edərkən “Ya Əli! Sən məndən
mən də  səndənəm. Sən məndən sonra bütün möminlərin vəlisisən” dedi?” 
Dedilər: “İlahi, bəli!”.
İmam Əli (ə) dedi: “Mən hər gün və hər gecə Peyğəmbərin (s) yanına gedir və 
onunla tək qalır, mən soruşur, o isə cavab verirdi. Susduğum vaxtda isə o (izah etməyə) 
başlayırdı”. Bunu da təsdiq edirsinizmi?” Onlar “Allaha and olsun, bəli” dedilər.
İmam  Əli (ə) buyurdu: “Peyğəmbər (s) məni Cəfər və  Həmzədən üstün 
tutmuş, Fatiməyə: “Səni əhlimin ən xeyirlisi, ümmətimin ən yaxşısı, ilk mü səl-
man, helm və elmdə ümmətimin ən üstünü ilə evləndirdim” demişdi?”. Dedilər: 
“Bəli, Allaha and olsun!”.
1
 “Tövbə” surəsidir.
2
 Rəvayətlərdə “Tövbə (Bəraət)” surəsinin Məkkədəki müşriklərə təbliğ edilməsi üçün Pey-
ğəmbərin (s) əvvəlcə yaşlı səhabəni göndərdiyi, ancaq Allahın vəhy nazil edərək bu işdən razı 
olmadığını bildirməsindən sonra yaşlı səhabəni yoldan qaytarıb İmam Əlini göndərdiyi nəql 
edilir. Bax: “Biharul-ənvar”, c.35, səh.295.


Ali-Muhəmmədin sirləri
63
İmam Əli (ə) dedi: “Peyğəmbərin belə buyurduğunu təsdiq edirsiniz? “Mən 
Adəm övladlarının seyidi, qardaşım Əli ərəblərin ağası, qızım Fatimə cənnət 
qadınlarının seyyidəsi və iki oğlum Həsənlə Hüseyn isə  cənnət cavanlarının 
ağalarıdır”. Dedilər: “İlahi, bəli, elədir”.
İmam  Əli (ə) buyurdu: “Təsdiq edirsiniz ki, Peyğəmbər (s) ona qüsl 
verməyimi, onu yuyarkən Cəbrayılın mənə yardım edəcəyini əvvəlcədən bil-
dirmişdi?”. Dedilər: “Allaha and olsun, elədir”.
İmam Əli (ə) dedi; «Allahı sizə şahid tuturam! Peyğəmbər (s) sizə söylədiyi 
son xütbəsində “Ey camaat! Mən sizin aranızda (özümdən sonra) iki şey qoy-
dum, onlardan tutduğunuz müddətcə yoldan əsla azmayacaqsınız: Allahın kita-
bı və Əhli-Beytim.” demədimi?” Dedilər: “Allaha and olsun ki, bəli”.
İmam Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! Allah kitabında yüzdən 
çox ayədə önə keçənin geridə qalandan fəzilətli olduğunu və bu ümmətdən bir 
nəfərin belə Allaha və Peyğəmbərinə (s) nisbətlə məndən önə keçmədiyini bi-
lirsiniz?” Dedilər: “Allaha and olsun, bəli, bilirik”.
İmam Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! “(İslamı) ilk əvvəl qəbul 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin