122
Mən görürəm ki, narahatsan, məgər bizim İmam Zamanımız
yoxdur? Məgər bizim sahibimiz bizi yaddan çıxara bilər?
Anam o qədər belə sözlər dedi ki, axır mənim halım xarab
oldu.
Bütün vücudumla anam deyən sözləri fikirləşirdim ki, − biz
yiyəsiz deyilik, İmam Zaman bizi görür, bizim hacətimiz onun
əlindədir − elə bu vaxt qapının döyüldüyünü eşitdim. Gedib
qapını açdım, gördüm qoca bir kişidir. Soruşdu Müctəba
sənsən? Dedim bəli, mənəm. Mənə içində pul olan balaca bir
kisə verdi və dedi:
Bu sənə çatacaq. Bunu deyib çıxıb getdi.
Evə gəlib kisənin ağzını açdım, gördüm mənim borcumun
miqdarından da bir az artıq pul var kisənin içində. Tez bazara
gedib borclarımı qaytardım, bir az da bazarlıq edib evə gəldim
və anamla birlikdə oturub çörək yedik.
O gündən sonra nə almaq istəsəm, həmin kisədən bir az pul
götürüb ehtiyacım qədər xərcləyirdim, amma kisənin pulu öz
yerində dururdu, qurtarmaq bilmirdi.
Bir müddət güzəranım bu cür keçdi. Bir gün necə oldusa
dura bilmədim, əhvalatı dostlarımdan bəzisinə danışdım.
Bundan sonra pullar tamam oldu, o cür böyük nemət əlimdən
çıxdı!!
1
Dostları ilə paylaş: