123
kəndlərin əhalisi su qıtlığından əziyyət çəkir, əkinləri,
heyvanları tələf olurdu.
Biyabanlar qurumuş, arxlar və çeşmələrdə su azalmışdı.
Xülasə camaat vəziyyəti belə görüb Şeyx Müctəbanın yanına
gedib xahiş edirlər ki, istisqa namazı qılsın.
Çoxlu isrardan sonra şeyx Müctəba deyir ki, mən gərək üç
gün otuc tutam, üçüncü günü hamı birlikdə gedib istisqa
namazı qılarıq. Üç gün oruc tutandan sonra, üçüncü günün
axırı şəhərdən kənarda bir təpənin üstünə çıxıb istisqa namazı
qılırlar. Namazdan sonra hamı günahlarına istiğfar edib duaya
məşğul olur.
Şeyx Müctəba dua edə-edə göz yaşı axıdır, ah-nalə çəkirdi,
camaat da gözüyaşlı amin deyə-deyə şeyxin duasına qulaq
asırdılar. Hamının gözü asimana zillənmişdi.
Dua qurtarar-qurtarmaz Allahın rəhmət buludları göydə
görsənməyə başladı. Çox keçmədi yağışın ilk damcıları
camaatın yanaqlarına düşüb göz yaşlarına qarışaraq
süzülməyə başladı. Bu dəfə camaat sevincdən ağlayır, Allaha
həmd və şükür edirdi. Yağış get-gedə şiddətləndi, quru torpaq
tez bir zamanda palçığa döndü; belə ki, camaat çətinliklə gilin,
palçığın içindən keçib özlərini zorla evlərinə çatdırırlar.
1
Dostları ilə paylaş: