«İlahi gözətçi» “Xurşid” kəndinin sakini Mürtəza Qəmgüsari Ayətullah
Kuhestaniyə böyük inam bəsləyir və ara-sıra xidmətinə gedib
məhzərindən feyz alırdı.
Nədənsə illərin birində neçə ay onun yanına getmir və uzun
müddətdən sonra bir gün Ayətullah Kuhestaniyə baş çəkməyə
gedir. Kuhestani ondan soruşur:
İndiyə qədər harada idin? Mürtəza ərz edir:
Əkin-biçin fəsli idi, bu il də tarlaya o qədər heyvan, həşərat
daraşıb ki, bütün günü əkinin üstündə olub məhsulu
qoruyurdum, ona görə də vaxt edib sizə baş çəkə bilmirdim.
Kuhestani deyir:
Bir şey yazacam, aparıb onu əkinin başında bir yerə taxarsan,
inşallah daha heyvan-həşərat əkininə ziyan yetirməz.
Bunu deyib bir vərəqə nəsə yazdı və mənə verdi.
Həmin kəndli o kağızı aparıb əkinin başında bir yerdən asır
və bununla da digər əkin sahələrindən fərqli olaraq onun
sahəsinə heç bir zərər dəymir. O kağız sanki əkin sahəsini dörd
tərəfdən hasara alıb heyvanların ora girməsinə mane olurdu və
beləliklə də əkini qorumağa başqa kimsənin ehtiyacı olmurdu.