127
Dedim:
Adı nədir? Dedilər:
Şeyx Məhəmməd Kuhestani və sonra da əlavə etdilər ki, əgər
içəri daxil olmağa bizə icazə versələr, yatmamış olsa, elmindən
yaxşı feyz alacağıq.
Amma təəssüflər olsun ki, onun yatdığı otağın qapısına
yaxınlaşanda, qapının ağzında gözətçilik edən iki nəfər mələk
bizə daxil olmağa icazə vermədi. Biz israr edəndə, ancaq mənə
icazə verdilər, o da bu şərtlə ki, fəqət çöldən boylanıb baxa
bilərsən, içəri keçmək olmaz. Amma Kuhestani yatırdı.
Bu yerdə başladı Ayətullah Kuhestaninin qiyafəsinin
xüsusiyyətlərini deməyə. Dediklərinin hamısı həqiqətə uyğun
idi. Nə görmüşdüsə, nə deyirdisə bütün nişanələr düz gəlirdi,
hətta sonralar mən Ayətullah Kuhestaninin evində olanda evin
bütün nişanələrinin qız deyən kimi dəqiq, yerli-yerində
olduğunu gördüm.
Ayətullah Kuhestaninin görüşünə gedəndə qızın əhvalatını
ona danışdım, təbəssüm edib dedi:
Ola bilər, mümkündür... Bizim hamımız Allahın əmrinə
uyğun olaraq mələklərin mühafizəsi altındayıq.
1
Dostları ilə paylaş: