129
İlahi, Öz Cəbrayılın vasitəsilə mənə bir neçə dənə şirin limon
yetir. Çox keçməmişdi ki, qapı tıqqıldadı. Açıb gördüm qoca
bir kişi on dənə iri və ətirli limon gətirib. Dedi götürün, yeyin.
Bir gün də Məkkəyə getmişdi. Səhranın ortasında susuzluq
onu əldən salır. Deyir: İlahi su yetir. Gözlənilmədən hardansa
bir seyyid peyda olur və ona bir bardaq su verir. Deyir bu
şirinlikdə, bu sərinlikdə su indiyə qədər içməmişdim. İçib
doyandan sonra həmin seyyid suyun qalanı ilə üz-gözümü
yudu, başımı qaldıranda gördüm yoxdur.
Məkkə yolunda namaz qılmaq üçün karvan bir yerdə
dayanmalı olur. Qumşei bir kənara çəkilib xəlvət bir yerdə
namaza durur. O namaz əsnasında ikən maşın hərəkət edib
yola düşür və Qumşei karvandan ayrı düşür. Namazdan sonra
üzünü Allaha tutub deyir:
Pərvərdigara, mən indi nə edim? Bu vaxt təzə bir maşın gəlib
düz qarşısında dayanır və maşının sürücüsü deyir:
Ağaye Qumşei sizin maşın getdi? Cavab verir:
Bəli. Deyir:
Gəlin əyləşin. Maşına əyləşir və bir göz qırpımında öz
karvanına çatır. Tez yerə düşüb öz maşınına minir. Arxaya
dönüb baxanda görür onu gətirən maşın yoxdur. Yanındakı
yoldaşlarından soruşur ki, məni gətirən maşın hara qeyb oldu?
Yoldaşları deyir, cənab Qumşei hansı maşın, nə maşın?
Səhranın ortasında balaca maşın nə gəzir?
Dostları ilə paylaş: