136
Elə sarsılmışdım ki, hara gedəcəyimi, nə edəcəyimi
bilmirdim. Axırı şəhərdə qala bilməyib, Təbrizin ətrafına −
çöllüyə üz tutdum. Biyabanda, təpələrin üstündə bir əməli
həyata keçirdim ki, onun nəticəsində Allahın fəzlinə
qovuşdum.
Daha demədi ki, o nə əməl idi; səcdə idi, yoxsa başqa bir
əməl.
Mən ərz etdim: O gündən sonra bütün çətin məsələləri həll
edə bilirsinizmi? Yəni nə qədər çətin elmi məsələ də olsa öz
həllini tapırmı?
Dedi? İndiyə qədər belə olmuşdur.
Həzrət Ayətullah Əbdülhəmid Şərəbyani də yuxarıdakı
əhvalatı eyni məzmunda nəql edib əlavə olaraq deyirdi:
Əllamə dedi:
Həmin əməldən sonra evə qayıdıb həmin günün axşamı
“Əbu Talibin Siyutiyə haşiyəsi” kitabına haşiyə olaraq öz
nəzərlərimi yazdım.
1
Dostları ilə paylaş: