«Şah Vəli»
Qurani-Kərimin
böyük
müfəssiri
Əllamə
seyyid
Məhəmmədhüseyn Təbatəbai buyurur:
İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün
Nəcəfin elmi hövzəsinə yollandım.
Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün
heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad
yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul
göndərirdi.
Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi təmin
edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da
yolunu tapmışdım. Gedib dükançı və çörəkçi ilə danışmışdım
ki, pul gələnə qədər lazım olan zəruri alış-verişi nisyə
hesablasınlar, pul çatanda hamısını birdəfəlik ödəyim. Belə də
edirdim.
İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay
idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün
mənə dedilər:
Ağa seyyid, sizin nisyə dəftərində hesabınız çoxalıb, artıq
nisyə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə
baxarıq.
Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri
tərəfdən məni yaman sıxırdı. Narahat oldum.
Əli (ə)-ın hərəminə gedib imama təvəssül etdim və Allahdan
bu müşkülümü həll etməsini xahiş etdim.
Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim
ki, həyət qapısının döyüldüyünü eşitdim. Gedib qapını açdım,
gördüm başında papağı, çiynində əbası olan arıq-sısqa bir
seyyiddir.
Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi:
Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir:
139
İyirmi ildir ki, səni pulsuzluq fikrindən və qürbət qəmindən
qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq.
Darıxma, bu həftə müşkülün həll olar.
Dedim:
Siz kimsiniz? Dedi:
Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə
qayıtdım. Fikir məni götürdü ki: “Allah sənə salam yetirir” nə
deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını
tapdım. Rəvayətlərdə gözümə dəymişdi ki, hərdən Allah
Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam
yetirirdi.
Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüm
həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.
Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər
sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd
aylıq pulu mənə çatdırdılar.
Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il
hansıdır?
Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca
çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ
iyirmi il olmayıb.
Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham
edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını
geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı,
bəs bu Şah Vəli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa
bilmədim. Kimdən soruşdumsa, sorağını verən olmadı.
Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin
alimlərindən birinin evinə getdim. Orada olarkən həmin
alimin kitabxanasına baxırdım ki, nəzərimi “Min məzar” adlı
bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə “Şah Vəli
məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin
bütün nişanələri mən gördüyüm Şah Vəlinin nişanələri ilə düz
gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin
140
qədim qəbristanlıqlarından birində tapdım. Qəbirin tarixinə
nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat
edibdir.
1
Dostları ilə paylaş: |