144
Baxıb
gördüm
seyyid
Məhəmmədin
məqbərəsinin
yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu
itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında
böyük bir məsafə var.
Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm
məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi.
O cümlədən Qurani-Məcidi tilavət etməyi, Quranın təhrif
olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram
etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə
getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (ə) təsbihinin
zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini
təkidlə tapşırdı.
Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu
adam imam Zaman ola?
Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs
gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola
onu tanıya bilmədiyimə çox təəssüfləndim.
1
Dostları ilə paylaş: